Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Vergi orqanlarına qəbulda biabırçılıq –2889 nəfərdən 2-si qəbul olundu

sheffaf0

 

“Namizədlər ixtisas üzrə suallara cavab verməkdə çətinlik çəkiblər”

Xeberinfo.com:  Məleykə Abbaszadə vergi orqanlarına qəbul imtahanında namizədlərin çox zəif nəticə göstərməsinə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarında 2 889 nəfərdən cəmi ikisinin növbəti mərhələyə keçməsinə münasibət bildirib.
“Report”un məlumatına görə, M.Abbaszadə deyib ki, imtahanlarda qeydiyyatdan keçən 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib: “İmtahanda iştirak edənlərin az sayı müəyyən olunan müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılan təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər”.
maleyka_abbaszade_210116_2“Məsələ ilə əlaqədar müvafiq nazirliyin (Vergilər Nazirliyinin – “Report”) rəhbərliyi ilə əldə olunan razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınıb ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrupun yaradılsın” – deyə Direktorlar Şurasının sədri vurğulayıb.

Xatırladaq ki, yanvarın 28-də DİM Vergilər Nazirliyi ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçsə də, 763 nəfər imtahanda iştirak etməyib. Qeydiyyatdan keçən namizədlərdən yalnız 2 nəfəri (0,07 faizi) növbəti mərhələyə keçib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam