Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bunu edənlər cəzalandırılmalıdır" -Deputat sökülən əmlakın dəyərinin ödənilməsini tələb edir

 

qudret_913801485940427

Xeberinfo.com:   “Baxırsan ki, bəzən mətbuatda xəbər gedir ki, sahibkarın oteli söküldü, əmlakının dəyəri ödənilmədi. Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindəki əşyalar çıxarılmadan sökülürsə, kim Azərbaycana sərmayə qoya bilər? Azərbaycanda media qurumları var ki, xəbərləri bir neçə dildə yayır”.
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Təbii ki, ölkəmizə sərmayə qoymaq istəyən əcnəbilər də ölkəmizlə maraqlananda bu xəbərləri əldə edirlər. Əgər mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Əgər yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, əgər doğrudursa, bunu edənlər cəzalandırılmalıdır”-deyə o bildirib.

Milli Məclis sədri Oqtay Əsədov isə deputata sual verib: “Əmlakı sökülən adamların mətbuatda çıxışı, məhkəməyə müraciəti olubmu? Hamısını qəzetlər yazırlar. Sökülən əmlakın pulu verilir”.

* * *

oqtay esedov“XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.
Millət vəkili qeyd edib ki, mülkiyyət hüquqlarının pozulması barədə məsələlərə həssas yanaşılmalıdır
Spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: “Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına fikir verməyin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam