Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Asif Atanın Sonevi ziyarət olunub


 

5 Uyum günü, Közərti ayı, 36-cı ildə (5.6.2014) Mütləqə İnam Ocağı İnam Atanın (Asif Atanın) ölümünün 17-ci ili münasibətilə Ağstafadakı sonevlikdə “Ata Sonevini Ağırlama Günü” mərasimi keçirib.

Mərasimdə aşağıdakı içsəs mövzuları dinlənilib: “Mütləqə İnam – yaşam tərzimiz kimi. Mütləqə İnam – dünyabaxış kimi”.

Ocağın Ruhsal Başçısı Safruhun mərasimə sözü dinlənilib: “İnam Ata bir öyrəti (təlim) yaradıcısıdır. Təlim ona görə yaradılır ki, həyatın bütün sahələrində tətbiq olunsun. Bütün sahələrdə onun təsiri, ruhu duyulsun. Bu, o demək deyil ki, gətirilən təlim hamının əzbəri olur. Yəni xalq öncəkindən daha artıq səviyyədə yaxşı qonşu olur, yaxşı işçi olur, yaxşı öyrətmən olur. Atanın təlimi elə bir zamana düşüb ki, ənənəvi dəyərləndirmələr çökür. Gələcəyə inamlar insanları qəhrəmanlaşdırırdı, peyğəmbərləşdirirdi. İndi o gələcəyi yaratmalısan! Bu, o ənənəvi gələcək deyil. Gələcəyin dadını yalnız onu yaradan qeyrətlilər bilər.

Biz İnamçı xalqın özəyiyik. Ata millətə əsaslanır, millət əbədi dəyərdir, ölməzdir. Bəşər millətlərin birliyidir. Millətsiz birliyin təlimi deyil Mütləqə İnam. Deyilsin ki, biz millət olmuruq, ancaq orada deyilən kimi gözəl insan olacağıq, o, mümkün deyil”.

Ocaq Yükümlüsü İşıqlı Atalı deyib: “Mənim üçün Atayla bir olmaq – onu canlı şəkildə həm də insanlara çatdırmaqdır. Atanın dediklərini yaşayıram. Ocağın yaşam qaydası xəlqi yaşamın mayasıdır, cövhəridir. İşimizin uğuru budur. Dünyabaxışsız canlı yaşam yoxdur. İnam Atanın sonevini ziyarətə üzağlığıyla gəlmişik. Ata, Yolundayıq. Kutsal ömrün bizə daim kutsal əhval verir, Ata! İrsinin nəşrini başa çatdıracağıq. Yaratdığın ulusun özül daşlarıyıq. Varlığımızla Atamıza borcluyuq. Bizə qətiyyət verən Atanın dəyişməzliyidir, dünyaya oxşamamağıdır, özünün dünya olmağıdır. Atanın dediyi ölçüdə kutsal olacağımıza inanırıq. Ataya bitməz-tükənməz borcumuz var. Nə yaxşı ki, o borc bitmir. Ataya olan borcumuz bitsə, fərəhimiz də bitər.”

Uluruh Atalı: “Sonevi ziyarət özünə hesabatdır. Mütləqə İnam həqiqət kimi ömrümə gəlib. Mümkün deyil ki, imtinasız mütləqçi olasan. Yolu keçməsəydim, gəlib bura çatmazdım”.

Yolnur Atalı: “İstəyim odur ki, qarşıma qoyduğum Ocaq ideyalarını gerçəkləşdirim”.

Yolruh Atalı: “Ata Sonevinə ruhsal hesabatla, kutsal uğurlarla gəlmişik. Mən həqiqəti yaşayıram. Bu yolda özünü aldada bilmərəm. Ata bəşərə yeni bir yön gətirdi, dünyanın indiyəqədərki ruhsal dərk prinsiplərinin, insana yanaşmanın düzgün işləmədiyini göstərdi”.

Mərasim “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” sözləriylə başa çatıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam