Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Rusiya ilə yola gedə bilsək, bu əla olardı" -ABŞ prezidenti

tramp

ABŞ prezidenti Rusiya ilə yola getmək niyyətini təsdiqlədi

Xeberinfo.com:   Xarici KİV-ə istinadən xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiya ilə yola getmək və birgə səylərlə «İslam dövləti» (İD) adlandırılan beynəlxalq qruplaşmaının «nəfəsini kəsmək» niyyətində olduğunu təsdiqləyib. Bu barədə Tramp yanvarın 27-də «Fox News» telekanalının efirindən bəyan edib.

«Digərləri ilə olduğu kimi, biz Rusiya ilə yola getməliyik. Mümkündür ki, bu, alınmasın, ancaq biz bunu sınayacağıq… Əgər biz Rusiya ilə yola gedə bilsək, bu əla olardı. Bu, həm Rusiya üçün, həm də bizim üçün yaxşı olar» – deyə, Amerikalı lider bəyan edib. Bu zaman Tramp «İD»-ni gerçək «xəstəlik» adlandırıb.

Bundan əvvəl məlum olub ki, Tramp yaxın istirahət günlərində (28-29 yanvar) Rusiyanın Prezidenti Vladimir Putinlə telefonla danışmaq niyyətindədir.

Yanvarın 26-də Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib ki, Amerika lideri öz ölkəsinin Rusiya ilə yola gedəcəyinə möhkəm inanır. Çünki o, «özü şəxsən sövdələr bağlamağı əla bilir».

«O, ölkəmizin məraqlarını qorumaq üçün mümkün olan hər şeyi edəcək» – deyə, mətbuat katibi qeyd edib.

Tramp özü Rusiya ilə münasibətlərin nizamlanmasının tərəfdarı olduğunu dəfələrlə dilə gətirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam