Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Təəssüf ki, Qərb 20 Yanvar faciəsini görməyib, Qorbaçova Nobel mükafatı verib” –Türk deputat

turk dep

 

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar 20 Yanvar hadisəsinin növbəti ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində çıxış edib.

 Xeberinfo.com:   N. Ünüvar deyib ki, 1990-cı ildə yaşanan faciəni tək Azərbaycan xalqı yaşamayıb: “20 Yanvarda sovet tankları Bakıya hücum çəkib, 150 nəfərə qədər insanı qətlə yetirib. Biz də bu acını hiss edirik. Türkiyə və Azərbaycanın sevinci də, kədəri də ortaqdır. Bakıda Şəhidlər Xiyabanı iki hissədən ibarətdir. Birinci hissədə Qafqaz İslam Ordusunun Bakının azadlığı uğrunda şəhid olan əsgərləri, digərində isə Azərbaycanın azadlığı uğrunda şəhid olanlardır”.

  N. Ünüvar bildirib ki, hər iki ölkənin bayrağında qırmızı rəng var, bu rəng şəhidlərin qanından alınıb: “Şəhidlər olmasa, Türkiyə və Azərbaycan bu gün müstəqil olmazdı. 20 Yanvar hadisələrindən qısa müddət sonra Azərbaycan müstəqilliyini qazanıb və bu gün hamımızın qürurla bəhs etdiyi bir ölkəyə çevrilib. Təəssüf ki, Qərb dünyası 20 Yanvar faciəsini, zülmü görməyib. Hətta bu qanlı cinayətin başında duran Mixail Qorbaçova Nobel mükafatı belə verib”.

 N. Ünüvar qeyd edib ki, keçmişdə yaşanan faciələr unudulmamalıdır: “Bir millət, iki dövlət kimi sevinclərimizi də, kədərlərimizi də paylaşmalıyıq. Mən 20 Yanvar şəhidlərinə rəhmət diləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam