Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərbaycan Avrasiya İttifaqına qoşulmayacaq”

 

 

   “Minsk qrupunun üzvləri elə düşünürlər ki, Qarabağ məsələsi sanki onların monopoliyasındadır”.

 

    "Xeberinfo.com": Bu sözləri millət vəkili Zahid Oruc  Azərbaycana səfər edən  Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Lord Kikluneyin “ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində bir maneədir” sözlərinə münasibət bildirərkən dedi. 
 
    Onun sözlərinə görə, bu ölkələr nəinki Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edirlər, hətta öz aralarında olan konfliktləri belə həll edə bilmirlər:
 
“Faktiki olaraq bu formatın dəyişdirilməsi iki yolla mümkündür. Ya yeni dövlətlərin qrupa qoşulması, ya da BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrdən birinin kənarlaşdırılması yolu ilə. Həmin ölkələr arasında münasibətlər artıq güc məsələsinə çevrilib. Ona görə də hesab edirəm ki, Lordun mövqeyi kifayət qədər gerçəkliyi ifadə edir. Qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə böyük bir etimadsızlıq var”.
 
Millət vəkili həmçinin ATƏT-in Minsk qrupunda ciddi, mürəkkəb şərait hökm sürdüyünü, bu dövlətlər arasında iqtisadi və siyasi düşmənçiliyin olduğunu və bunun da Qarabağ konfliktinin həllinə mane olduğunu bildirdi:
 
“Sizə açıq deyə bilərəm ki, 1990-cı illərin mənzərəsi buna sübutdur. O dövrdə ilkin razılaşmalar əldə etmək imkanı var idi. Lakin məlum terror hadisələri baş verdi və məsələnin üstündən xətt çəkildi. Bir neçə dəfə Xarici İşlər Nazirliyi və prezidentlər səviyyəsində razılıq əldə olunsa da, son anda Rusiyanın işə müdaxilə etməsi nəticəsində hər hansı razılığın əldə olunması baş tutmayıb”.
 
Bu arada millət vəkili Azərbaycanın Avrasiya İttifaqına qoşula bilməsi barədə deyilənlərə də münasibət bildirdi:
 
“Ölkəmiz Avrasiya İttifaqı ilə hər hansı məsələdə əməkdaşlıq edə bilər. Ancaq bu o demək deyil ki, Azərbaycan bu ittifaqa qoşulur. Mən buna inanıram”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam