Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İnaqurasiya:Amerikanın demokratiya adəti

absh-ag-evYanvarın 20-də Donald Tramp Kapitolinin qarşısında and içərək Birləşmiş Ştatların 45-ci prezidenti olacaq.

Xeberinfo.com:  Bütün dünya boyu milyonlarla insan bu mərasimi izləyəcək. Tarixən, ABŞ prezidentlərinin inaqurasiyası hakimiyyətin dinc yolla ötürülməsini simvolizə edib və çox vaxt siyasi dəyişikliyi əks etdirir.

Bu, demokratiyanın Amerikanın özü qədər köhnə demokratiya adətidir.

Yeni prezidentin inaqurasiası həm yaxşı, həm pis zamanlarda bir dövrün sonunu, digərinin isə başlanğıcını qeyd edir.

Franklin Ruzeveltin inaqurasiyası 1933-cü ildə Böyük Böhran zamanı oldu.

“İlk öncə qeyd edim ki, bizim qorxmalı olduğumuz yeganə şey elə qorxu özüdür.”

1961-ci ildə isə Kennedi hərbi xidmətə çağırışla gənc nəsil amerikalıları təlqin etdi.

“Amerikalı həmvətənlərim, özünüzdən ölkənin sizin üçün nə edə biləcəyini deyil, sizin ölkə üçün nə edə biləcəyini soruşun”.

Bundan 20 il sonra respublikaçı Ronald Reyqan höküməti kiçiltmək vədi ilə hakimiyyətə gəldi.

“Hazırkı böhranda, bizim problemimizin həlli hökümət deyil. Hökümətin özü elə problemdir.”

Noyabrda əldə etdiyi qələbədən sonra, prezidentliyə seçilmiş Donald Tramp qələbə turuna çıxdı və kampaniya vədlərini həyata keçirəcəyinə söz verdi.

“İndi, canlanmaq vaxtıdır. Ssenari hələ ki, yazılmayıb. Sabahkı səhifədə nələrin yazıldığını bilmirik. Amma uzun zamandan sonra ilk dəfə olaraq biz səhifələrin sizin hər biriz tərəfindən yazılacağının şahidi olacağıq. Bu, bir hərəkatdır,” deyə Tramp bildirib.

Trampın qələbəsindən sonra ölkə bölünmüş vəziyyətdədir və təhlilçi Con Fortierin sözlərinə görə, yeni prezidentin üzləşəyi ilk çətinliklərindən biri birlik yaratmaq olacaq.

“Fikrimcə bu, onun prezident kimi xalqa müraciət edib, seçki kampaniyası zamanı yaranan fərqliliklərin artıq geridə qaldığını deməsi üçün gözəl bir imkandır.”

Tarixi baxımdan prezident inaqurasiyaları davamlılıq və demokratiya ruhu naminə siyasi kampaniya qızğınlığını kənara qoymaq vaxtı olub.

“Prezident Obama növbəti prezident Donlad Trampla Ağ Evdən Kapitoliyədək bir maşında gələcək və orada hakimiyyəti Trampa ötürüb, xələfinin and içməsini izləyəcək. Bu hadisə dünyanın bütün ölkələrində baş vermir. Amerikada isə çox mühüm bir adətdir.”

Tramp seçki kampaniyası zamanı kəskin idafələrinə görə tanınırdı, bəs görəsən onun inaqurasiya çıxışı necə olacaq? Təhlilçi Norm Ornstin Trampın gözlənilməz olduğunu deyir.

“Adətən inaqurasiya nitqi öncədən yazılır və prezidentlər bu nitqi oxuyurlar. Amma bəlli deyil, bəlkə də, Donald Tramp yazını bir kənara atıb, öz istədiyi çıxışı edəcək.”

Donald Tramp ABŞ-ın 45 prezidenti olmağa hazırlaşır. Onun hakimiyyətinin başlanğıcında sərgiləyəcəyi üslub Trampın nə cür bir lider olmaq istədiyini göstərəcək.

(amerikanın səsi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam