Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Konstitusiyanı dəyişdilər, amma o dəyişiklikləri reallaşdırmaq üçün imkan yoxdur" -Sərdar Cəlaloğlu

serdar-1.jpg

Siyasi arenada da süstlük hökm sürür. Ən pisi isə odur ki, müxalifət düşərgəsi də hazırkı vəziyyətdə aktivlik edərək cəmiyyətdə toparlanmanı gerçəkləşdirmək qüdrətində deyil.

Xeberinfo.com:  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Reytinq" qəzetinə müsahibəsində bu məsələdən də danışıb.

S.Cəlaloğlunun həmin müsahibəsini təqdim edirik:

– Sərdar bəy, çox uzağa getmirəm, 5 il bundan öncə müxalifət daha aktiv idi, ən azından fəaliyyətinizi koordinasiya edirdiniz, siyasi aktivlik hiss olunurdu. Nə dəyişib?

– Beş il bundan qabaq fərqli situasiya var idi. Hakimiyyət də, müxalifət də indiki kimi deyildi. Büdcəmiz böyük idi, əhalinin yaşayış səviyyəsi yüksək idi, bütün Avropa Azərbaycanla maraqlanırdı. O zaman siyasi partiyalar da kifayət qədər güclü idi.

Beş ildən sonra o qədər kəskin dəyişikliklər olub ki… Müxalifətdə dəyişikliklərin olması normaldır.

Dövlət büdcəsindəki azalma siyasi həyatda da əks olunub. Bu, həm müxalifətə, həm iqtidara, həm də xalqa aiddir.

Kasıb ölkələrdə niyə partiyalar olmur? Ona görə ki, hər şeyin başında iqtisadi güc durur…

– Mən müxalifət partiyaları arasındakı münasibətlərin soyumasını nəzərdə tuturam. Bir-birinizlə münasibətlərinizi sıxlaşdırmaq üçün pul lazımdır?

– Müxalif partiyalar arasında soyuqluq həmişə olub. Zaman-zaman bir yerdə olanlar ayrıldılar, bəziləri bir araya gəldilər. Məncə, buna normal yanaşmaq lazımdır. Məsələn, 7-8 partiya ilə biz bir yerdəyik, müzakirələr aparırıq, münasibətlərimiz çox yaxşıdır. Çalışırıq ki, digər müxalifət partiyalarını da cəlb edək. Hətta Müsavat və AXCP ilə də münasibətləri yaxşılaşdırmaq istəyirik, amma hələlik onlar kənardadırlar. Ona görə də sualı onlara verə bilərsiniz ki, niyə kənarda durursunuz? Hər halda, biz əlimizdən gələni edirik.

– Ümumiyyətlə, bir arada olmaq niyə bu qədər çətindir?

– Rəsulzadənin həmrəyliklə bağlı bir sözü var. O deyirdi, millət o zaman həmrəy olur ki, hamısı eyni təhlükə qarşısında qalır.

Bu gün müxalifətdəkilərin hamısı eyni problemlərlə üz-üzə qalmayıb. Ona görə də müxalifətin bir araya gəlməsi çətindir.

Götürək Müsavatla AXCP-ni. Azərbaycan hökumətinin Müsavatla AXCP-yə münasibəti eyni deyil, ona görə də fərqli mövqedədirlər. Əgər eyni münasibət görərlərsə, o zaman bir araya gələcəklər.

Təbii ki, burada şəxsi ambissiyaların da rolu var.

– Məsələ ondadır ki, hakimiyyətlə müxalifət arasında da uçurum var. Qüvvələr nisbəti də tamamilə fərqlidir. Sizcə, bunun özü də mənfi tendensiya deyilmi?

– Demokratik ölkələrdə müxalifətlə iqtidar arasında seçkidəki səs fərqi 1-2 faiz olur. Azərbaycanda dövlət, iqtidar, müxalifət, ümumilikdə siyasi həyat zəif olduğuna görə, saxtakarlıq nəticəsində iqtidarla müxalifət arasındakı səs fərqi 80-90 faiz olur.

Bir də ki, müxalifət iqtidara nəzərən formalaşdığına görə, güclü də, zəif də olsa, ona oxşayacaq. Əgər iqtidar əlinə silah alıb mənə qarşı vuruşsa, mən də silah götürəcəyəm, indi mənə qarşı silah tətbiq eləmədiyinə görə, mən də silahsız cavab verirəm.

Onu da deyim ki, Azərbaycanda siyasi iqtidar Yeni Azərbaycan Partiyasıdır. Biz hakimiyyətdə təmsil olunan cinayətkar mafioz dəstələrə qarşı müxalifət ola bilmərik. Onların müxalifəti hüquq-mühafizə orqanları olmalıdır, amma təəssüf ki, bu gün onlarla əməkdaşlıq edirlər. Əgər ölkədə kriminal hakimiyyət varsa, ona qarşı siyasi müxalifət qoymaq mümkün deyil.

Normal ölkələrdə hakimiyyət siyasi olduğuna görə müxalifəti də siyasi olur. Azərbaycanda isə bir tərəfdə siyasi müxalifət var, o biri tərəfdə kriminallaşmış hakimiyyət, bunlar arasında sivil mübarizə ola bilməz.

Bizdə heç bir nazir siyasi fiqur kimi çıxış eləməyib. Bu günə qədər Azərbaycanın bir nazirinin ölkədə yaxud ətrafda gedən proseslərlə bağlı mövqe bildirdiyini görmüsənmi? Xeyr. Amma Türkiyədə biri şəhid olur, Səhiyyə nazirindən tutmuş, Meşə təsərrüfatı nazirinə qədər – nazirlərin hamısı siyasi mövqelərini ifadə edirlər. Məsələ ondadır ki, Azərbaycanda siyasilər təmsil olunmurlar. Bunun da bir səbəbi var: Azərbaycan hakimiyyəti ailə-tayfa və cinayətkar münasibətlərdə olan qruplardan ibarətdir. Onlar ortaya siyasi mövqe qoymurlar ki, mən də onlara müxalifət olum.

– Bəs, onda Siz kimə müxalifsiniz, müxalifətliyiniz hansı prinsiplərlə həyata keçir?

– Əslində, bizim müxalifliyimiz Kon Kixotluğa bənzəyir. Don Kixot yel dəyirmanı ilə vuruşan kimi, biz də təsəvvürümüzdə olan iqtidarla mübarizə aparırıq. Azərbaycanda olan real iqtidar kriminallaşmış qruplardan ibarətdir. Bu cür qruplara qarşı dünyanın heç bir ölkəsində siyasi müxalifət olmayıb, bizdə də olması mümkün deyil. Elə götürək İtaliyanı, Berluskoniyə qarşı müxalifət hücum eləmədi ki, amma hüquq-mühafizə orqanları ona cinayət işi qaldırdı, aparıb dama qoydu. Yəni, Avropada və normal ölkələrdə cinayətkar qruplar hakimiyyətə gələrsə, hüquq-mühafizə orqanları müdaxilə edib onları hakimiyyətdən uzaqlaşdırır. Müxalifətin burada heç bir rolu olmur. Yəni, Azərbaycanda məsələ hakimiyyətin təbiəti ilə bağlıdır. Əgər Azərbaycanda normal, sivil iqtidar olsa, bizimlə normal rəqabətə girsə, onda baxarsız ki, ölkədə necə müxalifət var.

Məni televiziyaya buraxmır, debata çağırmır, meydanlara buraxmırlar, parlamentə düşməyimə əngəl olurlar ki, ordakı tribunadan istifadə etməyim. Yəni, ölkədə heç bir siyasi mübarizə yoxdur. Belə bir müstəvi olmadığına görə, müxalifət özünü göstərə və birləşə bilmir.

– Yəqin elə bu səbəbdən də illərdir ki, gözlədiyiniz dialoq baş tutmur. Elə deyilmi?

– Bəli. Bunların hamısı bir-biri ilə bağlıdır. Dialoq ikitərəfli olur. Mən danışığa hazıram, amma qarşı tərəf mənə doğru gəlmirsə, hansı dialoqdan söhbət gedə bilər? Bu səbəbdən də iqtidar-müxalifət dialoqu baş tutmur.

– O vaxt vəziyyəti görmürdünüzmü, hakimiyyət Sizə tərəf gəlmirdisə, boş yerə dialoq təklifini niyə edirdiniz?

– Biz o zaman dialoq təklif edəndə iqtidar-müxalifət siyasi mübarizəsini təmin etməyi düşünmürdük. Həmin dövrdə Azərbaycanın qarşısında təhlükəli məsələlər var idi, onlarla bağlı dialoq istəyirdik. İndi isə həmin dövrə nisbətən situasiya çox dəyişib. Qərblə Türkiyənin münasibətləri pozulub. Türkiyə artıq Rusiya və İranla dostluq edir. Azərbaycanın da dünya ilə münasibətlərində dəyişikliklər var. Yəni, şərait o zamankı kimi deyil.

– İndi necə, dialoq üçün zərurət var?

– Nə zərurət olacaq ki… Hökumət bizimlə məsləhətləşmədən referendum keçirdi, indi də həmin referendumun əsirinə çevrilib.

Referendumun nəticələrinə görə, yeni prezident və parlament seçkiləri keçirilməlidir, amma keçirmirlər. Yəni, Konstitusiyaya görə möcud olan hakimiyyətin konstitusion əsası yoxdur.

Digər istiqamətlərdə də eyni vəziyyətdir. Belə bir vəziyyətdə nəyin müzakirəsini aparaq?

– Bir müddət öncə görüş oldu, dialoqa başlar-başlamaz…

– (Tələsik) Elə hər şey onunla bitdi. Parlament seçkiləri ərəfəsi idi. Ümid var idi ki, əvvəlki illərdən fərqli bir seçki keçiriləcək. Onunla indiki böhrana gətirib çıxaracaq proseslərin qarşısını almaq mümkün idi. Amma 3-4 görüşdən sonra diskussiyalar hökumət tərəfindən dərhal dayandırıldı. Biz, indiki vəziyyətə gəlib çıxmamaq üçün o dialoqu təklif eləmişdik. Əgər hökumət bu vəziyyətdən çıxmaq istəyərsə, biz dialoqa gedib, təkliflərimizi verə bilərik.

– Hazırda təklifləriniz nədir?

– Öncə prezident və parlament seçkiləri keçirilməli, ölkədə siyasi islahatlar başlamalıdır. Onun ardınca isə iqtisadi islahatlara bşlamaq olar. Hələlik hökumət çökməni seyr edir. Ona görə də bizim dediyimiz qaydada dialoqa ehtiyac görmür. Bundan başqa məsələlərlə bağlı aparılan dialoq deyil, söhbətdir, onun da bu xalqa heç bir xeyri yoxdur.

– Sərdar bəy, referendum məsələsi gündəmə gələndə, eləcə də referendumdan sonrakı ilk dövrlərdə fərqli bir əhval-ruhiyyə var idi. Amma son dövrlərin əhval-ruhiyyəsi göstərir ki, sanki ölkədə referendum olmayıb, həmin o dəyişikliklər qəbul edilməyib…

– (Sona qədər dinləmir) Əslinə qalsa, düşünülməmiş bir addım atmışdılar. Məqsəd də müəyyən qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq idi. Eldar Mahmudov məsələsi gündəmə gəldi və məlum oldu ki, referenduma ehtiyac yox imiş. Yəni, referendum təşəbbüsü göydən asılı qaldı.

– Axı, referendum məsələsi Eldar Mahmudov olayından sonra gündəmə gəldi?

– Referendumla bağlı ideya Eldar Mahmudov məsələsinin qarşısının alınması üçün nəzərdə tutulan bir şey idi. Referendum bir günün içində həll olmur ki? O proseslər var idi və referendumla o prosesin qarşısını almaq istəyirdilər. Sonra proseslər daha kəskin formada davam elədi və referendum əhəmiyyətsiz proses kimi ortada qaldı.

– Bu referendumun əsas məqamlarından biri də vitse-prezident institutunun yaradılması oldu. Amma xeyli müddət keçsə də, vitse-prezidentlərlə bağlı hər hansı qərar verilməyib…

– Qanuna görə əvvəlcə prezident, ardınca da parlament seçkiləri keçirilməli, ondan sonra vitse-prezidentlərin təyinatı ola bilər. Referendumda göstərilən müddəaların birini qəbul edib, o birini qəbul etməyə bilməzlər. İlham Əliyevin seçildiyi Konstitusiyada vitse-prezidentlik institutu yoxdur. Hansı əsasla ona vitse-prezident təyin etmək olar? Gərək o, yeni Konstitusiya ilə seçilsin ki, vitse-prezidentlər təyin edə bilsin.

– Bu istiqamətdə hər hansı bir addım atılmasa da, hökumətin və parlamentin buraxılması niyyətlərinin olduğu sezilir…

– Hökumət bu referendumu keçirərkən ətraflı düşünə bilməyib. İndi çıxılmaz vəziyyətdə qalıblar. Bu qədər ağır sosil-iqtisadi problemlər varikən necə parlament seçkiləri keçirəcəklər? Eyni zamanda, hakimiyyətin öz daxilində parçalanma tendensiyaları var. Belə bir vəziyyətdə nə prezident, nə də parlament seçkiləri keçirmək iqtidarında deyillər.

Konstitusiyanı dəyişdilər, amma o dəyişiklikləri reallaşdırmaq üçün şərtlər və imkan yoxdur. Hazırkı şərtlər isə böyük risk yaradır. Ona görə də qalıblar çıxılmaz vəziyyətdə.

Referendumdan sonra seçkili orqanlar yenidən seçilməlidir, əks təqdirdə həmin orqanların fəaliyyəti anti-konstitusiondur. Ona görə də onların qəbul elədiyi qərarların da hüquqi əsası yoxdur.

– Mövcud durumu nəzərə alaraq, 2017-ci illə bağlı gözləntiləriniz necədir? Sizcə, proseslər bundan sonra hansı istiqamətdə inkişaf edəcək?

– Mənə elə gəlir ki, 2017-ci il bütövlükdə dünyada ən gərgin il olacaq. Həm iqtisadi çaxnaşmalar, həm iqtisadi böhranın dərinləşməsi baxımından, həm də dünya siyasətində müəyyən repozisiyalarla bağlı ağır bir dövr yaşayacağıq.

Eyni zamanda, 2017-ci ildə üçüncü dünya müharibəsinin başlanma riski çox böyükdür. 1917-ci ildə sosialist inqilabı yetişdiyi, birinci dünya müharibəsinin ərəfəsinə gəldiyi kimi, indi də kritik bir dönəmə çatmışıq. Yüz ildən sonra yeni vəziyyət yaranıb. Tarixi xronologiyaya nəzərən deyə bilərik ki, növbəti mərhələ inqilabların başlanğıcı olacaq. İnqilabın biri Amerikada baş verdi və Tramp prezident seçildi. İndi onun nə edəcəyi, Amerikada hansı oyunlardan çıxacağını gələcək göstərəcək. Onun nəticəsi olaraq, Avropada da inqilab gözlənilir. Bu inqilabların hansı istiqamətdə olacağını gələcək göstərəcək.

– Dediyiniz gərginliklər Azərbaycanda hansı formada cərəyan edə bilər?

– Azərbaycan ən təhlükəli münaqişə ocaqlarından biridir, həm də Yaxın Şərqə ən yaxın ölkədir. Bu baxımdan, Azərbaycan hər addımda münaqişəyə sürüklənə bilər. Amma bunun üçün Türkiyədə və İranda ciddi hadisələr baş verməlidir. Hələlik görünən odur ki, Türkiyə və İranda ciddi hadisələr olmayacaq. Belə olan təqdirdə, Suriya və İraqdakı hadisələrin baş verməsi gözlənilmir.

– Bu gərginlik Qarabağ cəbhəsinə hər hansı formada sıçraya bilərmi?

– Qarabağ cəbhəsində gözlənilməz proseslərin olacağını düşünmürəm. Çünki Qarabağ nəzarət olunan münaqişədir. Ona görə də orda hər hansı ciddi dəyişiklik gözləmirəm. Hər hansı bir gərginlik yaranacaqsa, bu, ya münaqişə tərəflərinin özfəaliyyəti olacaq, ya da böyük güclərin planlaşdırdığı bir proses baş verəcək ki, onun da böyük nəticələri gözlənilmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam