Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

“Kristal Abşeron” niyə Tarif Şurasının dediyindən artıq tələb edir? -ŞİKAYƏT

kristal-abseronBinəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən yeni tikilmiş binada yaşayan sakinlər tikinti şirkətinin mərkəzləşdirilmiş istilik tariflərini qanunsuz olaraq artırdığını bildirir.

Xeberinfo.com:   "BBC Azərbaycanca"ya müraciət edən sakinlər deyib ki, binanın tikintisilə məşğul olmuş Kristal Abşeron şirkəti onlardan mənzilin hər kvadrat metrinə görə 80 qəpik pul tələb edir.

Tarif Şurasının qərarına görə isə, mərkəzi isitmənin qiyməti 1 kvadrat metr yaşayış sahəsi üçün əhali üzrə 15 qəpik, qeyri-əhali üzrə 25 qəpikdir.

Lakin “Kristal Abşeron” şirkətinin nümayəndəsi Rəşad Qurbanov BBC Azərbaycanca’ya deyib ki, qiymət artımı məhz tariflərin artması ilə bağlıdır, çünki bina qazanxanasının xərcləri şirkət tərəfindən qarşılanır.

Azərbaycan Tarif Şurasının ötən ilin noyabr ayının sonunda baş tutan iclasında verilən qərara görə, qeyri-əhali təbii qazın kvadrat metrinə görə 0.20 qəpik ödəməlidir.

Qiymət artımı

Bina sakini Şahin Camalovun sözlərinə görə, şirkət isitmə üçün pul toplayarkən yaşayış sahəsini yox, mənzil ümumi sahəsini, balkonu və “hətta divarların altını da” hesablayır.

“Evimin kupçasında 113 kvadrat metr göstərilsə də, məndən 147 kvadrat metr üçün pul tələb edirlər”, o bildirib.

Beş ildir bu binada yaşadığını deyən cənab Camalov onu da qeyd edi ki, binanın həyətində tikilən qazanxananın əvvəllər əhali üçün tikildiyi deyilsə də, sonradan qazanxananın özəl olduğunu deyiblər.

Sakin onlardan pul toplayarkən sənəd təqdim edilmədiyini və bu yolla “şirkətin vergidən yayındığını” iddia edir.

O bildirib ki, binada azı 520 ailə yaşayır.

Binanın digər sakini Kamil Babayev də burada 4 il yaşayır və hər il şirkətlə eyni məzmunlu problemlərin yaşandığını deyib. O, bir otaqlı mənzili üçün əvvəllər isitmə üçün hər kvadrat metrə 40 qəpik ödədiyini, indi isə 80 qəpik ödəməli olduğunu deyib.

“Mənim yaşayış sahəm 60 kvadrat metrdir, amma burada 4 otağı olan insanlar var”, deyən sakin kommunal xərclərin çox olmasından şikayət edir.

Cahangir Mustafayev isə bildirib ki, şirkət vergidən yayınma, kommunal xərclərin qiymətinin qanunsuz qaldırması kimi bir çox qanunsuzluqlar edir.

“Kommunal xərcləri niyə artırmısınız sualı verəndə, deyirlər xərcimiz çoxdur. İdarəetmə alınıb bizə verilməlidir” deyən sakin baş verənləri özbaşnalıq adlandırıb.

O, həmçinin bildirib ki, bina tikildikdən sonra şahid olublar ki bir çox mənzillərdən 15-20 kvadratmetr əksik tikilib.

“Pul yığmaq üçün camaatın suyun, qazın kəsirlər. Qanunvericiliyə uyğun hərəkət etməlidirlər. Binanı tikib təhvil veriblərsə, idarəetməni özümüz etməliyik”, sakin qeyd edib.

O bildirib ki, şirkət sayğaca yazılmış isti su xərcindən əlavə olaraq suyun işlədilmiş hər kub metri üçün 40 qəpik də əlavə toplayır.

Şirkət nə deyir?

“Kristal Abşeron” şirkətinin nümayəndəsi Rəşad Qurbanov isə bildirib ki, elektrik enerjisi və təbii qaz üçün qiymətləri artırdıqdan sonra, şirkət qeyri-əhali qrupuna aid olduğu üçün dekabr ayının birindən başlayaraq yeni tariflərlə ödəniş etməli olub.

“Dekabrın 1-dən şirkət artırılmış qiymətlə qaz pulu ödəyir, bu səbəbdən mərkəzi istilik sisteminin təminatında qiymət artımı olub”. deyən şirkət sözçüsü qeyd edib ki, bu artım aprel ayına qədər nəzərdə tutulub.

“Apreldən sonra sakinlərə yeni texniki şərtlər veriləcək ki, hər kəs öz evində kombi sistemi qura bilsin. Yəqin ki, ondan sonra qazanxana sistemi olmayacaq”, o əlavə edib.

Şirkət nümayəndəsi isti suya görə əlavə ödənişin alınması iddiası ilə razı deyil. Onun sözlərinə görə, mənzillərdə 2 su sayğacı var, biri isti, digəri isə soyuq su üçün nəzərdə tutulub. Bina sakinləri isti su üçün ödənişləri şirkətə etməlidir, çünki suyu şirkət qızdırır, Rəşad Qurbanov deyib.

Sakinlərin şirkətin vergidən yayınması və şəffaflığın olmaması ilə bağlı iddiaları ilə bağlı cənab Qurbanov belə cavab verib:

“Mövcud proseslər, qiymət artırmı insanlarda təbii olaraq aqresiya yaradıb, onlar da bu aqresiyanı MTK-nın üstünə tökür. Həmişə belə olub, hər problemdə MTK günahkardır, amma qazanxanaya nə qədər xərc çəkilir, özü özünü qarşılayırmı, bunu araşdıran yoxdur”.

Rəşad Qurbanov onu da vurğulayıb ki, binanın idarəetməsini “razılıq olarsa” sakinlərə vermək olar.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr