Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Anjey Kaspşikin mandatı uzadılıb

anji-kaspishik

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı daha bir il uzadılıb.

Xeberinfo.com:   Bu barədə ATƏT Daimi Şurasında ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastian Kurzun iştirakı ilə keçirilən xüsusi iclasda qərar verilib.

Qeyd edək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
İclasda S. Kurz bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər dialoqun və etimadın güclənməsinə xidmət etməlidir. O həmçinin bu gün təmas xəttində A. Kaspşikin iştirakı ilə bu ilin ilk monitorinqinin keçirildiyini qeyd edib: “ATƏT-in Minsk qrupunun həmsədrləri, şəxsi nümayəndəm Anjey Kaspşik və Yüksək Səviyyəli Planlaşma Qrupunun rəhbəri Hans Lampalzer bizim tam dəstəyimizə arxalana bilərlər. Bununla yanaşı biz münaqişənin həllinə cəlb olunmuş tərəflərin əməkdaşlıq üçün tam iradə göstərəcəyini gözləyirik”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam