Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Ermənistan Naxçıvana kimyəvi hücum hazırlayır

 

Erməni hərbçilər sianid çəlləkləri ehtiyatı toplayırlar

 

  "Xeberinfo.com": Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin aktivləşdiyi bir şəraitdə, beynəlxalq vasitəçilərin növbəti dəfə Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasının vacibliyini bəyan etdiyi bir məqamda Ermənistan rəhbərliyinin əsəbləri yenidən sıradan çıxır. Status-kvonun qorunmasında maraqlı olan Yerevan anlayır ki, rezini daha da dartmaq alınmayacaq - güc balansı Ermənistanın tərəfində deyil. Belə bir situasiyada hadisələrin inkişafının ən fərqli variantları, o cümlədən Azərbaycana qarşı asimmetrik hərəkətlər Ermənistan hakimiyyətinin kuluarlarında müzakirə olunur. 
Görünür, Azərbaycana qarşı bu asimmetrik cavab zəhərli kimyəvi maddələrin tətbiqi ola bilər. Məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır. Burada söhbət artıq Ermənistanın bir dəfə Azərbaycana qarşı tətbiq etmə təcrübəsi olan sianiddən gedir. 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən zəhərli kimyəvi başlığı olan mərmi və güllələrin istifadə edilməsini təsdiq edən sənədli materiallar var. Burada söhbə iprit, fosgen, difosgen və sianid kimi maddələrdən gedir. 
20 il sonra danışıqlar prosesində gözəştə getmək istəməyən Ermənistan rəhbərliyi, Azərbaycana qarşı kimyəvi silah tətbiqinin "uğurlu" təcrübəsini yada salır və bu istiqamətdə fəaliyyət həyata keçirir. 
Day.Az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sianid ehtiyatı toplaması barədə bu günlərdə Ermənistanda olan Rusiya qızılçıxarma şirkətlərindən birinin əməkdaşı məlumat verib. Adının açıqlanmamasını xahiş edən mənbənin sözlərinə görə, Ararat qızıl emalı fabriki nədənsə sianid qalıqları olan çəlləkləri ölkənin qeyd olunan zonalarındakı hərbi hissələrə verir. 
Məsələ burasındadır ki, Ermənistanın əsasən xarici investorlara məxsus olan qızılçıxarma sənayesində sianid maddəsi çox geniş istifadə olunur. Mənbənin fikrinə görə, görünən odur ki, hansısa xüsusi hərbi məqsədlər üçün sianid ehtiyatı toplamaq lazımdır. Ararat vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ilə sərhəddə yerləşir. Ermənistanın Türkiyə ilə sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyur. Erməni hərbçiləri isə Azərbaycan ilə sərhəddə yerləşiblər. Həmin ərazidən Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən Arpaçay keçir. 
Burada Ermənistan silahlı qüvvələrinin kimyəvi hücum hədəfi ola biləcək çoxsaylı yaşayış məntəqələri yerləşir. Xarici şirkətlər Ermənistandan olan biznes tərəfdaşlarının hərəkətlərindən narahatlıq keçirirlər. Axı Ermənistan hərbçilərinin Naxçıvana sianidlə bağlı yönəlmiş hər hansı manipulyasiyaları, qızıl çıxaranların özlərinin reputasiyasına mənfi təsir edə bilər ki, bu da öz növbəsində Azərbaycanla problemlər yarada bilər. 
Sözsüz ki, Ermənistanda sianid olmasını qızıl çıxaran şirkətlərin maraqları ilə əsaslandırmaq olar. Ancaq Azərbaycanla sərhədə yaxın hərbi hissələrdə sianid ehtiyatları toplamaq tamam fərqli bir şeydir. Ümid etmək istərdik ki, beynəlxalq ictimaiyyət bu fakta diqqət yetirəcək və Ermənistanın kimyəvi hazırlığını dayandıracaq. Çünki bu hazırlıq region üçün ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam