Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Amerika terrorçuları dəstəkləyir" -Türkiyə prezidentindən şok açıqlama

Xeberinfo.com:    “NATO-da birlikdə olduğumuz halda siz bu dəstəkləri bizə deyil, separatçı terror təşkilatlarına verirsiniz. Yoxsa NATO-dakı tərəfdaşınız bu terror təşkilatlarıdır? Necə olur ki, siz bu təşkilatlara dəstək verirsiniz? Bunu bizim qəbul etməyimiz, udmağımız mümkün deyil. Əgər biz NATO ittifaqı daxilində strateji, model tərəfdaşıqsa, o zaman siz bizim yanımızda olacaqsınız. Separatçı terror təşkilatının yanında yer almayacaqsınız”.

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən “TÜBİTAK”-ın mükafatlandırma mərasimində bildirib. Ərdoğan çıxışında Qərb ölkərinə xəbərdarlıq edib: 

“Türkiyə olaraq uzun müddətdir Qərb ölkələrinə terror təşkilatları arasında fərq qoymamaları, bu məsələdə prinsipial hərəkət etmələr ilə bağlı çağırışlar edirik. Bunun əvəzində Amerika başda olmaqla bəzi ölkələr müxtəlif bəhanələr gətirərək oyun oynayırlar. Onlar regionumuzda günahsızları qətlə yetirən terror təşkilatlarına açıq-aşkar dəstək vermək yolunu tutublar. Bunları dilə gətirdiyimiz zaman centlmenlər narahat olurlar”.

Ərdoğan daha sonra deyib: “Terror təşkilatları mütləq onları bəsləyən ölkələrə hücum edəcək. İlanla yatağa girən, dişlənib zəhərlənəcəyini nəzərə almalıdır. Terror təşkilatları ilə əməkdaşlıq edənlər qana və göz yaşına boğulmağa hazır olmalıdır. Türkiyədə partlayan bombaları film səhnəsi kimi seyr edənləri sabah eyni aqibətin gözlədiyini anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam