Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putini Bakıda kim öldürmək istəyib?:Terrorçunun bombası MTN-ni heyrətləndirmişdi - (VİDEO)

putin-heyder

Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdlərə yer ayrılıb.

Xeberinfo.com:   Dekabrın 12-də yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. 

Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Karaulov Heydər Əliyevi “Azərbaycanın əfsanəvi prezidenti” olaraq təqdim edir) Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. Müsahibədə Prezident Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib:

“Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.

Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib: “Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”.

Karaulov verilişdə Rüstəmin indiyə qədər Azərbaycanda, Bakının 42 kilometrliyində yerləşən həbsxanalardan birində saxlanıldığını da açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam