Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Poroşenkonun azərbaycanlı şəriki kimdir?

 

Nazim İbrahimovla Poroşenko arasında münasibətlər xeyli əvvəldən varmış, «Roshen»i komitə sədri ala bilər

  "Xeberinfo.com": Ukraynada keçirilən son prezident seçkilərinin qalibi olmuş Petro Proşenkonun siyasi səhnəyə biznesdən gəldiyi sirr deyil. Onun uzunmüddətdir dünyaca məşhur «Roshen» şokolad istehsal edən şirkətə rəhbərlik etdiyi elə tərcümeyi-halında da yazılıb.

Məlumata görə, Poroşenkonun şokoload satışı zamanı ən aparıcı müştərilərindən biri azərbaycanlı olub. Özü də həmin şəxs həm məmur, həm də «Roshen» şokoladlarının bölgə üzrə inhisarçısı kimi çıxış edir. Xəbərdə qeyd olunur ki, həmin azərbaycanlı məmur-oliqarxın Poroşenko ilə yollar Polşada kəsişib. Şirniyyat və şokolad daşıyaraq, Azərbaycan və Ukraynaya daşıyan tərəflər oradaca yaxşı münasibət qurublar. Sonradan «Roshen» şokolad şirkəti ortaya çıxıb və tərəflər bu dəfə iri partiya məhsul alqı-satqısına başlayıblar. 

Məlumatda deyilir ki, Poroşenkonun ən aparıcı müştərisi Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovdur. «Roshen» şokoladlarının Azərbaycan və Qafqaz üzrə nümayəndəliyinin başında duran İbrahimovun uzun illərdən bəridir şokolad və konfet biznesinə nəzarət etdiyi deyilir. 

İddialara görə, illik dövriyyəsi 50-60 milyon dollar olan bu biznesin qurulmasında komitə sədri xeyli əziyyət çəkib. Üstəlik, indi dostu Ukrayna prezidenti olduqdan sonra onun biznesini almaq imkanı yaranıb. JAM.AZ xəbər verir ki, Poroşenko prezident olduqdan sonra «Roshen» şirkətini satmaq qərarına gəlib və şirkətin ən potensial alıcısı kimi isə Nazim İbrahimov göstərilir. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam