Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Gələn il ölkəni tərk edənlərin sayı artacaq” –EKSPERTDƏN ŞOK AÇIQLAMA

 “Gələn il ölkəni tərk edənlərin sayı artacaq” – ekspert

 

 

 
Son illər ölkədən daimi yaşamaq üçün gedənlərin sayı artıb.
Xeberinfo.com:   2016-cı ildə bir çox tanınmış ictimai-siyasi xadimlər, həmçinin ictimai fəallar ölkəni tərk edərək Avropa ölkələrində üz tutdu. Həmçinin miqrasiya edənlər arasında sahibkarlar, iş adamları, sadə insanlar da az deyil. 2014-cü ilin sonlarından başlayaraq ölkədə iqtisadi-siyasi vəziyyətin ağırlaşması ilə başlayan miqrasiya prosesi artan xətlə davam edir. 
Miqrasiya edənlərin hesabatını isə Dövlət Statistika Komitəsi aparır. Doğrudur rəsmi statistika reallığı tam əks etdirməsə də, son bir neçə ili müqayisə edərkən artan tendensiyanı görmək mümkündür. Belə ki, DSK-nın məlumatına görə, 2012-ci ildə ölkəni 200 nəfər, 2013-cü və 2014-cü illərdə 800 nəfər daimi yaşayış üçün tərk etmişdisə, 2015-ci ildə bu rəqəm 1600 nəfər olub. Göründüyü kimi, 2014-2015-ci illər arasında daimi yaşayış üçün ölkədən miqrasiya edənlərin sayı iki dəfə artıb. 
2016-cı ilin statistikası isə hələ ki, açıqlanmayıb. 
Onu da nəzərə almaq lazımdır ki, ölkəni tərk edənlər arasında xaricdə təhsil almaq, çalışmaq adı ilə gedənlər də az deyil. Bunlar da statistikanın obyektivliyinə təsir edir. 
2016-cı ildə miqrasiya edənlərin statistikasını əldə etmək üçün adı çəkilən qurumun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. 
Ekspertlər isə iddia edir ki, ölkədə yaranan iqtisadi böhran növbəti ildə daha  çox insanın miqrasiya etməsinə səbəb olacaq. 
Image result for Turan informasiya agentliyinin direktoru Mehman Əliyev
Turan informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  əsas səbəb iqtisadi böhrandır: “İqtisadi böhranla bağlı iş adamları da, işsizlər də müxtəlif səbəblərə görə ölkədən gedirlər. Müxtəlif təbəqələrdir, cürbəcür səbəblərdir, ancaq fakt odur ki, gedənlərin sayı artır. Bu əsasən iqtisadi böhrandan irəli gəlir. Ölkədən təkcə insanlar qaçmır, onlarla birgə pullar da qaçır. Azərbaycan vətəndaşları müxtəlif ölkələrin iqtisadiyyatın minlərlə manat yatırım qoyur. Bu da onu göstərir ki, ölkədən çox böyük kapital axını var. Yəni insanlar bu ölkədə gələcəyə inanmırlar, yaxşı perspektiv görmürlər. Hökumət də hər şey edir ki, belə bir ümidsizlik vəziyyəti yaransın. Belə davam etsə, ölkədən gedənlərin sayı artacaq”. 
Image result for İqtisadçı ekspert Natiq Cəfərli
 
İqtisadçı ekspert Natiq Cəfərli isə bu prosesdə valyuta axını ilə yanaşı, beyin axınının da ölkə üçün mənfi nəticələrə səbəb olacağını bildirdi: “Ölkəni tərk edən insanlarla bağlı səbəblər müxtəlifdir. Amma obyektiv səbəb demək olar ki, təxminən hamısında eynidir. Bu obyektiv səbəb ölkədə iqtisadi çətinliklərin artması, ticarət dövriyyəsinin zəifləməsi, biznesin zəifləməsi, gəlirlərin aşağı düşməsidir. Bunun üzərində ölkənin xroniki xəstəliyi olan korrupsiya, qanunsuzluqları, süründürməçiliyi də gəldikdə təbii ki, insanların, əsasən də iş adamlarının ölkəni tərk etməsi təbiidir. Bu problemlər həll olunmadıqda, üzərinə iqtisadi çətinliklər də gələndə insanlar rahat işləyə biləcəyi yerlər axtarırlar. 
Miqrasiyanın bir səbəbi də Gürcüstanla bağlıdır. Son vaxtlar Gürcüstanda iqtisadi  cəlbedicilik artıb, investisiya mühiti yaxşılaşıb, son 10 ildə köklü vergi və gömrük islahatları aparılıb. Azərbaycanlıların böyük bir qismi Gürcüstanda yatırımlar etməyə , bizneslə məşğul olmağa daha çox meyllidirlər. Bu ölkədə son 6-7 ildə investisiyalarda  azərbaycanlıların payı birinci yerdədir. 
Digər bir səbəb odur ki, Azərbaycanda perspektiv görməyən gənc nəsil xaricə üz tutmağa və daha cəlbedici ölkələrdə yaşamağa üstünlük verirlər. Bu da ölkə üçün  çox faciəvi bir haldır. Çünki gedənlər əsasən  çox zaman yaxşı təhsil almış insanlar olur, bu beyin axınına səbəb olur. Gələcəkdə ölkə bunun  ağrısını çəkəcək. Bir müddət sonra ölkənin problemlərinin həlli üçün güclü kadrlar lazım olacaq. Lakin bu beyin axını kadr çatışmazlığına səbəb olacaq”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam