Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Trampdan daha bir sensasiya:Putinin dostunu dövlət katibi qoyur

Trampdan daha bir sensasiya: Putinin dostunu dövlət katibi qoyur

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “ExxonMobile” neft korporasiyasının direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə təyin etməyə hazırlaşır.
Xeberinfo.com:   Bu barədə “The Wall Street Journal” Trampın keçid komandasındakı iki vəzifəli şəxsə istinadən yazır.
Mənbələr bildiriblər ki, 64 yaşlı Tillersonun dövlət katibi olmaq şansı qalan namizədlərdən xeyli çoxdur. Ötən həftə Tillerson Trampa görüşüb və gözlənilir ki, onlar bu həftə sonu yenidən görüşəcəklər. Tramp dövlət katibi postuna təyinatını gələn həftə elan etməlidir. Digər namizədlər isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.
Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrə malikdir. O, 2011-ci ildə Moskvada energetika sahəsində əməkdaşlığa dair danışıqlar aparıb. 2012-ci ildə Putin Tillersonu Dostluq ordeni ilə təltif edib. “ExxonMobile” korporasiyasının rəhbərliyində Tillerson Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam