Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Təhsil şöbəsinin müdirindən əcaib cavab

 

 

 

     Mikayıl Cabbarovun sayəsində Cəlilabad rayon təhsil şöbəsinin müdiri sorğumuzdan ustalıqla yayınmağa çalışdı

 

     “Xeberinfo.com”: Son zamanlar mətbu gündəmi zəbt etmiş mövzulardan biri də saxta diplom məsələsidir. Az qala hər gün bu istiqamətdə yeni xəbərlər oxuyuruq. Saxta diplom probleminin daha çox qaynaqlandığı mənbə isə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə və Qazax filiallarıdır. Hər iki filialın sabiq direktorları ilə bağlı hüquq-mühafizə orqanlarının məlum hərəkətləri də faktdır.

Saxta diplomla bağlı “xeberinfo.com”a yeni məlumat daxil olub. Cəlilabad rayonundan oxucumuzun verdiyi məlumata görə saxta diplomlular bu rayonda da kütləvilik təşkil edir. Hətta rayon təhsil şöbəsində 100-ə yaxın saxta diplomlu müəllimlərin siyahısının hazırlandığı haqqında da məlumatlar dolanır. Amma nədənsə təhsil şöbəsinin müdiri hələ ki, konkret addım atmaqda maraqlı görünmür.

Mənbəmizin verdiyi məlumata görə bu rayonun təkcə Məmmədrzalı kənd orta məktəbində üç saxta diplomlu müəllim var. Bunlar Məmmədov Şamil Şahverən oğlu, Əzimov Əlipənah Divanxan oğlu və Hüseynov Kərəm Davaxan oğludur. Hər üç müəllimin müxtəlif vaxtlarda AMİ-nin müxtəlif filiallarında saxta yolla müəllimlik hüququ qazandıqları bildirilir.

Biz bu məlumatı araşdırmaq istiqamətində Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətova rəsmi sorğu ünvanladıq. Ümüd edirdik ki, Vidadi müəllim məlum qanunlara uyğun olaraq sorğumuzu cavablandıracaq. Cavablandırmağına cavablandırdı də, hərgah ona cavab demək mümkünsə. Cənab Dövlətovun 19 may 2014-cü il tarixli №265 məktubunu olduğu kimi siz də oxuyun:

“Sizin 07.05. 2014-cü il tarixli 022/014 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirinin “Təhsil Nazirliyinin informasiya siyasətinin təmin olunması barədə” 27 dekabr 2013-cü il tarixli əmrinin 1-ci bəndinə əsasən Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyata məlumatların verilməsi yalnız nazirliyin informasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilir”.

Vəssalam, bu da bir mətbu orqanın rəsmi sorğusuna vəzifəli şəxsin verdiyi cavab. Bəs “İnformasiya Azadlığı Haqqında”, “Vətəndaşların Sorğusuna cavab Verilməsi Haqqında”, nəhayət “KİV” haqqında qanunlar nə oldu?

Mikayıl Cabbarovun məlum sərəncamını təhsilə məsul şəxslər göydəndüşmə əsas kimi qəbul edirlər. Amma bir şey unudulur ki, heç bir nazirin heç bir sərəncamı qarşısında boynumuzun qıldan incə olduğu qanunlardan üstün ola bilməz. Nə isə, … təhsil nazirinin mətbu embarqoya hesablanmış bu addımı başqa yazının mövzusudur.

Biz aktuallığını nəzərə alıb, digər aidiyyatı dövlət qurumlarına sorğular ünvanlamaqla mövzunu davam etdirəcəyik.

 

 

 

        Şahlar     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam