Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Naxçıvan klanının və Mehdiyevin sevimlisi -Heydərovlar

Naxçıvan klanının və Mehdiyevin sevimlisi - Heydərovlar 



Bir neçə gün öncə Azadlıq Radiosu Prezidentin İcra Aparatının rəhbəri və başqa vəzifəli məmurların torpaq mülkləri və əkin-biçinə görə aldığı yardımlarla bağlı sensasion araşdırma ilə çıxış etdi. 

Xeberinfo.com:   Demək olar ki, "Boz kardinal" başda olmaqla ölkənin ən üst oliqarxiyasının dövlət büdcəsini necə talan etdiyi həmin araşdırmada əksini tapıb. Bəlkə də kimlərsə iddia edə bilər ki, araşdırmada əksini tapan rəqəmlər o qədər də böyük məbləğ deyil. Doğrudur, amma bir həqiqət var ki, ölkənin iqtisadi böhrana sürükləmiş oliarxiya bütün bunları - ən böyük layihədən tutmuş ən kiçiyinə qədər məhz dövlət büdcəsini talamaq üzərində reallaşdırıb. 

25 hektarlıq bağ... 

Kənd Təsərrüfatı Nazirliyi portalına istinadən edən araşdırma müəllifləri qeyd edirlər ki, "Boz karinal"a məxus böyük bir mülk Goranboy rayonunun Xınalı kəndində yerləşdir. Bu mülk ötən il alınıb və sahibi də Bakı Dövlət Universitetinin Hesablama Riyaziyyatı Kafedrasının müdiri, professor Qalina Mehdiyevadır. Yəni Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 72 yaşlı xanımı Qalina Yuryevnanın hər ailənin orta hesabla 2-3 hektar torpaq sahəsi olan bu səfalı kənddə 25 hektarlıq bağı var. Amma xanım Mehdiyevanı və ailəsini kənd təsərrüfatına təkcə bu torpaq bağlamır. Onlar hətta mülklərindən gəlir götürmək üçün dövlət büdcəsindən yardım da alırlar. 

Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən dövlət subsidiyaları üzrə Respublika Komissiyasının sənədlərinə görə, Qalina Mehdiyevanın keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində 8,92 hektar, qızı – BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kəmalə Əliyevanın isə 2,4 hektar bağ sahəsinin olduğunu bildirir. Bundan başqa, ailənin mülkiyyətində Novxanıda 100 hektarlıq üzüm bağı da var. Mehdiyevlər götürdükləri gəlirdən əlavə, bu torpaq sahələrinə qulluq etdiklərinə görə hər il dövlətdən 5 566 manat yardım alırlar. Rəsmi sənədlərə görə, Novxanı kəndində 2016-cı il ərzində bircə nəfər dövlətdən subsidiya alıb ki, o da Qalina Mehdiyevadır. Bəli, yalnız bircə nəfər... 

Oliqrxların varlanmaq ehtirası... 

Hakimiyyətdə əsas söz sahiblərindən biri və Rusiyanın əsas adamı olan Ramiz Mehdiyevlə bağlı yayılmış bu məlumat əslində, ölkədə gerçək bir durumu ortaya qoymuş olur. Belə ki, Azərbaycan hakimiyyəti uzun illərdir, qorxu mühti yaradaraq, dövlətin gücündən istifadə edərək ölkəni şəxsi mülkə çevirib. Amma Azərbaycan xalqı heç vaxt mövcud hakimiyyətə səs verməyib və bu rejimi dəstəkləməyib. Amma hakimiyyət seçkiləri saxtalaşdırmaq, alternativləri sıradan çıxarmaq, repressiya maşınını işə salmaqla toxunulmazlıq yaradıb. Ölkənin sərvətlərinin talan edilməsi, vətəndaşın çörəklə sınağa çəkilməsi məhz dövlətin gücündən şəxsi maraqlar naminə istifadə etmək hesabına mümkün olub. Əslində, Ramiz Mehdiyevin və ölkənin güclü oliqarxiyasının hakimiyyətdaxili nüfuz savaşları da məhz ölkənin sərvətləri hesabına varlanmaq, daha çox qazanmaq uğrundadır...

İdarəçilik məntiqi: Mehdiyevin olsun, Heydər Babayevin olmasın?...

Əksər sivil ölkələrdən fərqli olaraq, Azərbaycanda daşınmaz əmlaka olan mülkiyyət hüquqları, eləcə də şirkətlərdə pay sahibləri haqqında informasiya qanunla konfidensial məlumatlar sırasına aid edilir. Lakin kənd təsərrüfatı naziri Heydər Əsədovun təşəbbüsü ilə 2014-cü ildən etibarən dövlət büdcəsindən subsidiya alan bütün subyektlərin adları ictimaiyyətə təqdim olunur. 

Bu məlumatların təhlili isə onu göstərir ki, torpaq islahatının əsasən başa çatdığı 1997-ci ildən etibarən ölkədə iri mülkədarlar – ayrı-ayrı şəxslər və şirkətlər meydana gəlib. Nazirliyin açıqladığı bilgilərə görə, Maştağa subtropik bitkilər sovxozunun torpaq sahəsinin 10,5 hektarı «AB Standard» Şirkətlər qrupunun sahibi Heydər Babayevin oğlu Eminindir. Elə buradaca «Aqroland» MMC-yə məxsus 22,58 hektar torpaq sahəsi yerləşir. Bu şirkət bir vaxtlar «Bank Avrasiya» ASC-nin və «Standard Lizinq» ASC-nin səhmdarı olub. Bütün bunlar isə ölkənin bir məntiqlə idarə olunduğunu göstərir: Ramiz Mehdiyevin varsa, mənim niyə olmasın?!..

Naxçıvan klanının və Mehdiyevin sevimlisi - Heydərovlar 

Təsadüfi deyil ki, ölkənin ən böyük torpaq mülkiyyətçisi «Gilan Holdinq» və bu qrupa daxil olan şirkətlərdəndir. Bu şirkət Naxçıvan klanının ən güclü fiqurlarından olan Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovundur. Daha doğrusu, elə Kəmaləddin Heydərovun özünün açıdığı şirkədir, sadəcə başında Taleh Heydərov dayanır. 

Ramiz Mehdiyevin komandasına daxil olan Heydərovların taxıl, pambıq, çay, tərəvəz əkini, meyvə yetişdirilməsi ilə məşğul olan bu şirkətləri («Gilan», «Gilan Dairy Farms», «Gilan Tea», «ASPİ-Agro», «ASPİ Land», «Aqro Kompleks Qəbələ», «MNK», «Aqro İnvest Ltd», «Abşeron Zeytun», «Gilan Lənkəran Konserv Zavodu», «AGS», «Aqro-Azərinvest» MMC-lər) ölkənin bir çox bölgələrində 7 min hektara yaxın əkin altında olan torpağa sahibdir. Bu şirkətlərin mülkiyyətində həm də geniş torpaqları olan emal müəssisələri də var. Bəli, bu klana sadiq Heydərovların mülkləridir. Onlar da hakimiyyətdaxili savaşlarda hə zaman Mehdiyevin yanında olublar... 

Ən böyük qanun "Boz kardinal"dır... 

Hətta bu komandanı Milli Məclisdə təmsil edən deputatlar da böyük biznes şəbəkəsi və mülkə sahibdirlər. Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclisin deputatlarının özəl biznesə sahib olmasını qadağan edir. Konstitusiyanın 89-cu maddəsinin 1.4-cü bəndində göstərilir ki, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda… deputat mandatından məhrum edilir. 

Qanunvericiliyə nəzər salsaq, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9-cu bəndində isə açıq şəkildə qeyd olunur ki, vəzifəli şəxslərin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq, eləcə də bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozmalar hesab olunur. Dövlət qulluqçularının əmlaka sahiblənmək üçün vəzifəsindən birbaşa, yaxud dolayısı ilə istifadə etməsi isə cinayət məsuliyyəti yaradır. Amma ortada olan faktlar göstərir ki, deputatların biznes şəbəkəsi var və çox güman ki, onlara "yaşıl işıq"ı "Boz kardinal" yandırıb. Onun əl qoyduğu bütün işlər məhz "qanun çərçivəsində qanunları üstələyir". Yəni onlar üçün ən böyük qanun "Boz kardinal"dır... 

Anaxeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam