Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Ölkədə keyfiyyətsiz dərmanlar var" -RƏSMİ

 

"Ölkədə keyfiyyətsiz dərmanlar var" -

 

"Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ölkəmiz üçün ən vacib və aktual məsələdir. Beynəlxalq mənbələrdə göstərilən məlumatlara əsasən, 2005-ci ildən saxta və keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsində 400% artım olub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir".

Xeberinfo.com:  Məlumata görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır. Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir. Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53 %-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.

M. Süleymanov deyib ki, dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər: "Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam