Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

FİFA ilin ən yaxşılarını açıqladı -SİYAHI

 

dd425ab8-14ff-447f-877f-45f60f257a0e_292

FİFA 2016-cı ilin müxtəlif nominasiyalar üzrə ən yaxşılarının qısa siyahısını açıqlayıb.

Xeberinfo.com:  Məlumata görə, ilk olaraq ən yaxşı qadın məşqçilərin “üçlüy”ü müəyyənləşib.

Siyahıda Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheyc (İsveç) yer alıb. Ən yaxşı kişi məşqçi adı uğrunda İngiltərənin “Lester” klubunun baş məşqçisi Klaudio Ranyeri, Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos və İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan yarışacaq.
İlin ən yaxşı qolunun – Puşkaş mükafatının sahibi braziliyalı Conatan Marlon, venesuelalı qadın futbolçu Danişka Rodriges və malayziyalı Mohd Faiz Subri mübarizəsinin qalibi olacaq.
Bu nominasiyalarla yanaşı, ilin ən yaxşı qadın və kişi futbolçularına namizədlərin də siyahısı açıqlanıb. Qadınların siyahısında Almaniya yığmasının üzvü Melani Berinqer, ABŞ yığmasından Karli Lloyd və Braziliya yığmasında çıxış edən Marta yer alıb.
Ən yaxşı kişi futbolçuları adına namizədlər siyahısında isə İspaniya La Liqasında çıxış edənlərin adları yer alıb. Bunlar son illərdə olduğu kimi, İspaniya “Real Madrid”inin üzvü, portuqaliyalı Kriştianu Ronaldu, “Barselona”dan argentinalı Lionel Messi və “Atletiko”da çıxış edən Antuan Qrizmanndır.
Qaliblər yanvarın 9-da İsveçin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam