Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

M. ŞƏMKİRLİNİN YENİ KİTABI ÇAP OLUNDU:"QEYRƏTİM- ƏBƏDİ SƏRVƏTİM"

                     Fərman Kərimzadə anıldı 

   

       Bu günlərdə əməkdaşımız Məhərrəm Şəmkirlinin "QEYRƏTİM- ƏBƏDİ SƏRVƏTİM" adlı mənsur şeirlər kitabı işıq üzü görmüşdür.

      Xeberinfo.com:    Kitab dörd hissədən ibarətdir. Birinci hissə "Müəllif haqqında deyilənlərdən" adlanır. Burada Məhərrəm Şəmkirlinin mənsur şeirləri haqqında Nəbi Xəzrinin, Aydın Hüseyinzadənin, Adil Cəmilin, Məzahir Hüseyinzadənin, Xatirə Yağmurun, Şakir Əlifoğlunun, Rəhman Salmanlının, Safruhun, Babək XALİSTÜRKÜN, Oqtay Hacıyevin və başqa şairlərin, alimlərin, eləcə də müxtəlif peşə sahiblərinin fikirləri verilmişdir.

  Xalq şairi Nəbi Xəzri yazır: "Məhərrəm Şəmkirlinin mənsur şeirlərində isti, hərarətli bir nəfəs duyulur. Bu, həyatın öz nəfəsidir".

   İkinci hissədə verilmiş mənsur şerilər bütünlüklə Vətən, torpaq, el- oba ağrılarımıza, acılarımıza həsr olunmuşdur. Burada xarici havadarlarının köməyi və dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını zaman-zaman işğal etməsi, dinc insanları qaçqına, köçkünə çevirməsi kəskin şəkildə tənqid olunur. Və bu torpaqların nə vaxtsa murdar ermənilərdən təmizlənəcəyinə oxucuda böyük inam hissi aşılanır.

  "Bizi yaşadan sevgi" kitabın üçüncü bölümüdür. Hər zaman M. Şəmkirli yaradıcılığında ilahi sevgi, məhəbbət aparıcı mövzulardan biri olub. Müəllif əksər yazılarında sevgini, məhəbbəti yaşam kimi göstərib, özü də işıqlı, nurlu bir yaşam kimi.

  Kitabın sonuncu bölümü "İthaflar" adlanır. Bu bölümdə müəllif  ULU ÖNDƏR Heydər Əliyevin ömür- gün yoldaşı, görkəmli alim Zərifə Əliyevaya, böyük şair M.Ə. Sabirə, Ə. Kərimə, Fərizə İlham sevgisinə və başqa insanlara həsr etdiyi mənsur şeirləri  verilmişdir.

 

  Biz də "Xeberinfo.com" saytı olaraq bu münasibətlə əməkdaşım Məhərrəm Şəmkirlini  təbrik edir, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam