Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Türkiyənin NATO-dan çıxması real deyil"

 

 

Qabil Hüseynli: “Rusiya Türkiyəni zəif duruma salıb müdafiəsiz qoymaq,  sonra da öz planını həyata keçirmək istəyir”
Xeberinfo.com:   Ötən həftə Türkiyəyə səfər edən Rusiya Dumasının deputatı, RLDP sədri Vladimir Jirinovski Ankaradan çox geniş müzakirələrə, eyni zamanda suallara yol açan bəyanatlar verib. Rusiyanın dövlət televiziyası Rossiya 1-də yayımlanan “Veçer” proqramına Ankaradan birbaşa bağlanan Jirinovski prezident Ərdoğanla prezident sarayında təkbətək görüşdüyünü, bu gün tarixi bir an başladığını qeyd edib. 
 
Jirinovski deyib ki, tarixi bir an başlayır, Türkiyə şimala, Moskvaya tərəf, Rusiya da cənuba, Türkiyəyə tərəf yönələ bilər. Aparıcı Vladimir Solovyovun “Ərdoğan sizin vasitənizlə Putinə hər hansı mesaj göndərdimi” sualını Jirinovski belə cavablandırıb:“Mən inanıram ki, Türkiyə bir gün NATO-dan ayrılacaq və bizimlə hərbi ittifaq quracaq. Artıq hər kəs duysun. Qarşıdakı 10 ildə Türkiyə bizim ən güclü müttəfiqimiz olacaq. Bu ölkədə 100 mindən çox rus qadın türklərlə evlidir. Və gözəl ailə mühitində yaşayırlar. Türklər bizi çox sevirlər. Rusiya ilə yaxınlığı türklər özləri istəyirlər. Onların bu istəyinə biz dəstək verməliyik. Ərdoğan mənimlə söhbət zamanı, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün Vladimir Putindən dəstək gözlədiyini söylədi. 600 il davam edən rus-türk müharibələrini Qərb qızışdırırdı. O qaranlıq illər artıq geridə qalmalıdır. Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq.
İnanıram ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq, Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq”.
 
Bəs Jirinovskinin Türkiyənin NATO-dan çıxması istəyi reallaşa bilərmi? Politoloq Qabil Hüseynli hesab edir ki, Jirinovskinin arzusu gerçəkləşməyəcək: “Türkiyənin NATO-dan çıxması ehtimalı yoxdur. Əvvəla Türkiyənin NATO kimi qurumdan çıxmasını prezident yox, xalq verməlidir. Xalq isə buna razı olmaz. Çünki NATO bir zamanlar Türkiyəni böyük bir bəladan xilas edib və bu gün də təhlükəsizliyinə təminatdır. Stalinin Türkiyəni işğal etmək və 16-cı sovet respublikasına çevirmək haqqında əmri həyata keçirilmək üzrə idi. Bundan başqa da SSRİ-nin cənubundakı qoşunları səfərbər olunaraq həm Ermənistan ərazisindən, həm Gürcüstan ərazisindən, həm də dəmiryolu ilə Türkiyəyə girməyə hazır idi. O zaman Türkiyəni NATO xilas elədi. Çox təcili bir formada, bəlli bir prosedurların olmasını belə, nəzərə almadan ABŞ-ın bilavasitə təsiri altında Türkiyə NATO-ya qəbul edildi. Halbuki, NATO-ya qəbul edilmək bir sıra uzunmüddətli prosedurlardan, bir sıra meyarların yerinə yetirilməsindən sonra həyata keçirilir. Amma yaranmış situasiyada Türkiyə üçün gözlənilən təhlükəni nəzərə alaraq Qərb dövlətləri, ilk növbədə ABŞ Türkiyənin təcili NATO-ya qəbul edilməsinə şərait yaratdılar. Üstəlik, Amerika Stalinə xəbərdarlıq etdi ki, Türkiyəyə qarşı hər hansı təcavüz NATO-nun birləşmiş qoşunları ilə SSRİ-ni qarşı-qarşıya qoyacaq. Bu addımlar SSRİ-də qızmış beyinləri tez soyutdu və Türkiyəyə qarşı təcavüz planının olmadığı haqqında SSRİ hökuməti rəsmi bəyanat yaydı və Türkiyə sovet ittifaqının real təhlükəsindən xilas olundu. O zamanda Türkiyə NATO çərçivəsində böyük yol keçib, böyük uğurlar qazanıb, Türkiyə ordusu tamamilə NATO silahları ilə silahlanıb. ABŞ-ın “F16” qırıcı təyyarələri bu gün Türkiyədə istehsal olunur və sair. Xalqın NATO-dan imtina etməsi mümkün deyil”.
Картинки по запросу Qabil Hüseynli
 
Q.Hüseynli qeyd etdi ki, bu gün Rusiyanın da strategiyası bəllidir və bu strategiya Türkiyənin yox, Rusiyanın özünün maraqlarına xidmət edir: “Rusiya Türkiyənin burnunun ucunda ona meydan oxuyan Ermənistanla birlikdə qoşunlar formalaşdırır, Türkiyə sərhədinin bir  neçə kilomterliyində “İsgəndər M” raketlərini yerləşdirir. Türkiyə bununla bağlı hər hansı etiraz notası göndərmir. Amma Kalininqradda yerləşdirilən “İsgəndər”lər üçün Almaniyada, Polşada, hətta Finlandiya və Norveçdə böyük həyəcan siqnalı qaldırılır, Rusiyanın bu hərəkətlərinə qarşı tədbirlər görməyə çağırışlar var. Bu çağırışların bir qismi icra olunur. ABŞ həmin dövlətlərin müdafiəsi üçün həmin bölgəyə raketdən müdafiə sistemləri yerləşdirir. Amma Rusiyanın Ermənistanla birgə həyata keçirdiyi yuxarıda qeyd etdiyim addımlara Türkiyə heç bir etiraz səsini qaldırmır. Etiraz etmək əvəzinə Vladimir Jirinovski kimi bir siyasi avantürüstü, türk düşmənini Ankarada yüksək səviyyədə qəbul edirlər. Jirinovski isə ona verilən ziyafətdə yeyib içib beyni qızdıqdan sonra Türkiyə haqqında komplimentlər səsləndirir, ancaq həmin komplimentlərin içində Türkiyəni böyük dəstəyindən - NATO-dan qoparmaq arzularını da dilə gətirir. Sanki təxminən 6 ay bundan əvvəl Rusiyanı boğazlara iki atom bombası atıb İstanbul əhalisini su dalğası altında qoymağa çağıran, İstanbulu Türkiyədən almaq çağırışları edən Jirinovski deyil”.
Politoloq onun da vurğuladı ki, belə birisinin indi Türkiyə prezidenti tərəfindən qəbul edilməsi, ona orada təmtəraqlı qəbul düzəldilməsi kifayət qədər düşündürücüdür və xoşagələn durum deyil: “Rusiyanın özünü bir vaxtlar lərzəyə salan Osmanlı İmperiyasının varisi olan, NATO-da ikinci qüdrətli orduya sahib olan bir dövlətin öz ölkəsində siyasi avantürüst kimi, dünyada isə türk düşməni kimi tanınmış bir şəxsi belə yüksək səviyyədə qəbul etməsi heyrət doğurur. Jirinovski Rusiyanın Türkiyəni NATO-dan uzaqlaşdırıb gücsüz hala, Ermənistan səviyyəsində zəif bir dövlət səviyyəsinə salmaq niyyətini əslində dilinə gətirmiş oldu. Türkiyənin NATO ilə münasibətləri kimi taleyüklü məsələlərə nə prezidentin, nə baş nazirin, parlamentin qərar vermək ixtiyarı yoxdur. İstər Şanxay Əməkdaşlıq təşkilatına qoşulmaq, istər NATO-dan çıxmaq kimi ciddi məsələlər yalnız Türkiyə xalqının mövqeyi ilə müəyyənləşən məsələlərdir. Xalqın NATO-dan uzaqlaşmağa tərəfdar olmasını əsla düşünmürəm. Nə baş verib ki, Türkiyə NATO-dan uzaqlaşsın?! Türkiyəni bu addımı atmağa təşviq edənlərin Türkiyəni sevmədiyi açıq-aydındır. Osmanlı dövlətinin dağılmasında ən böyük fitnəçi  rolunu Çar Rusiyası oynamışdı. İndi də Rusiya Türkiyəni zəif duruma salmaq, müdafiəsiz qoymaq və bundan sonra uzun əsrlərə dayanan planını həyata keçirmək istəyir.
Rusiyanın imperiya oyunlarına Türkiyənin bu şəkildə qoşulması isə başa düşülən deyil. Rusiya ilə də yaxın qonşuluq münasibətləri olmalıdır. Ancaq bu münasibətlər müttəfiqlərin itirilməsi hesabına qurulmamalıdır”.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam