Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Araz" Supermarketlər Şəbəkəsində şübhəli yumurta satılır -VİDEO + FOTO

"Araz" Supermarketlər Şəbəkəsində şübhəli yumurta satılır - Bakıda jurnalist məşhur marketlər şəbəkəsini ifşa etdi: ''Niyə ölçü götürülmür?'' - VİDEO - FOTO
Televiziya əməkdaşının Bakıda məhşur supermarketdən aldığı yumurta onu dəhşətə gətirib.

Xeberinfo.com:  ATV televiziyasının əməkdaşı Təranə Musayev ''Araz'' supermarketindən yumurta alıb. Yumurtanı sındıranda isə dəhşətə gəlib. Yumurtanın sarısı ''plastlin'' şəklində olub və əl ilə istənilən formaya düşüb. T.Musayeva Facebook profilində şahidi olduğu hadisəni belə canlandırıb: ''Bu yumurtanı ''Araz'' marketdən almışam. Çiy olsa da, sarısını əlimlə istədiyim formaya sala bildim. Həyəcan təbili çalmaq lazımdır. Belə olmaz. Bizim günahımız nədir? Niyə müvafiq orqanlar ölçü götürmür? Yumurta nəlbəkidə bir az qalandan sonra rəngi dəyişib qəribə rəng aldı''. Teref.info xəbər verir ki, "Araz" Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev criminal.az-a açıqlamasında bildirdi ki, müştəri məmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı kənd təsərrüfatı məhsullarının dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edirik. Onun sözlərinə görə, "Araz" Supermarketər şəbəkəsinə daxil olan istehlakıçı şikayətləri dərhal araşdırılır: ''Hal-hazırda supermarketlərimizdə satışda olan yumurtalar Giləzi Quşçuluq MMC-dən alınır. Biz Giləzi Quşçuluq MMC-dən məhsulları alarkən onların uyğunluq sertifikatını da tələb edirik. Bu sertifikatlar ictimaiyyətə açıqdır. Qeyd olunan şikayətlə bağlı dərhal marketlərimizdə reydlər apardıq və nümunələr götürdük. Bu nümunələr keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanıldı. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmadı''.

"Araz" Supermarketlər Şəbəkəsində şübhəli yumurta satılır - Bakıda jurnalist məşhur marketlər şəbəkəsini ifşa etdi: ''Niyə ölçü götürülmür?'' - VİDEO - FOTO


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam