Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Qara bazar”da valyutanın aylıq həcmi 50 milyon dollara çata bilər

dollar azpolitika

Ölkənin kommersiya banklarının əksəriyyəti bir neçə gündür ki, xarici valyuta satmır.

Mediatv.az xəbər verir ki, Turan-ın sorğusundan məlum olur ki dolların məzənnəsinin artması fonunda ya kommersiya bankları valyuta satmaq istəmirlər, ya da satış üçün valyuta vəsaiti yoxdur.
Bütün bunlar “qara bazar”ın canlanmasına gətirib çıxarıb, çünki vətəndaşların başqa alternativi yoxdur.

Ekspertlər hesab edirlər ki, indiki inflyasiya və gəlirlərin azalması şəraitində əhalidə böyük vəsait yoxdur, ancaq turizm səyahətinə, müalicə, təhsil, kommersiya məqsədi üçün xaricə gedən minlərlə vətəndaşın xarici valyutaya tələbatı qalır.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, xarici valyutanın alqı-satqısında əhalinin payı azdır. Əsas yük xarici öhdəlikləri olan bankların və şirkətlərin üzərinə düşür. Həmçinin idxal əməliyyatları üçün valyuta vacibdir.
N.Cəfərlinin sözlərinə görə, ümumi valyuta əməliyyatlarının ancaq 5%-i əhalinin payına düşür.
Ekspert hesablamalarına görə, ölkədə xarici valyuta üzrə aylıq tələbat 1-1,5 mlrd. təşkil edir. Əhalinin payına 50-55 mln. dollara yaxın düşür. Əgər kommerisya bankları satışdan imtina edirsə vətəndaşlar bu həcmi “qara bazar”dan əldə edir.

Xatırladaq ki, noyabrın 25-də dolların rəsmi məzənnəsi 1,7196 manatdır.
Kommersiya bankları dolları 1,77-1,78 manata alır, 1,78-1,79 manata satır.
“Qara bazar”da dollar 1,805 manata alınır, 1,815 manata satılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam