Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hərbçinin xanımından İlham Əliyevə müraciət

 

Xeberinfo.com:   Ağstafa rayonu Yenigün kənd sakini Pərvanə Alıyeva ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də KİV-lərə, o cümlədən “Azadlıq” qəzetinin redaksiyasına ünvanlayıb. Pərvanə Alıyeva yazır: ”Həyat yoldaşım Alıyev Elvin Vəli oğlu hərbçidir. O, işində həmişə nizam-intizamı sevən birisidir. 08.11.2016-cı il tarixdə saat 20:25 radələrində o, yaşadığımız Ağstafa rayon Yenigün kəndində 5 nəfər şəxs tərəfindən evimizin yaxınlığında həbs edilib. Səbəb kimi guya xidmət etdiyi hərbi hissəyə onun dindirilməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilməsi barədə məlumat verilsə də, gəlməməsi göstərilib.
Bildirirəm ki, deyilənlər yalandır. Nə yaşadığımız ünvana, nə də yoldaşımın xidmət etdiyi hərbi hissəyə bildiriş gəlib. Bununla bağlı hərbi hissə ilə əlaqə yaradılıb. Oradan verilən rəsmi məlumata görə isə yoldaşım Alıyev Elvin barədə hərbi hissəyə heç bir çağırış gəlməyib.
Qeyd edim ki, yoldaşım hərbiçi olduğu üçün tutulduğu andan vəkillə təmin olmalı idi ki, onu tutan orqan onun bu hüququnu da məhdudlaşdırışıb. Bundan başqa, yoldaşım 08.11.2016-cı il tarixdə saat 20:30 radələrində tutulsa da, onu tutan orqan bununla bağlı heç bir rəsmi sənəd tərtib etməyib. Bu da Cinayət Prosessual Məcəlləsinin 90.2.1-ci maddəsinin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Yəni, həyat yoldaşım 48 saat əvəzinə 64 saat şübhəli şəxs qismində saxlanılıb. Məcburi gətirilmə üçün əsaslar olamadığı halda yoldaşımı məcburi olaraq polis idarəsinə aparıblar. Cinayət Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
3.1) cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
3.2) cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
3.3) cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
3.4) daimi yaşayış yeri olmadıqda.
Həyat yoldaşım polis orqanına rəsmi çağırılmayıb. Çağrışı almaqdan boyun qaçırmayıb, gizlənməyib, daimi yaşayış yeri də bəllidir. Deməli məcburi gətirilmə üçün heç bir əsas olmadığı halda qanunsuz olaraq barəsində məcburi gətirilmə tətbiq edilib.
Həyat yoldaşımın hüquqlarının polis orqanı tərəfindən pozulması azmış kimi, məhkəmə də işi düzgün araşdırmadan yoldaşım barədə həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib. Cinayət Prosessual Məcəllənin 226-cı maddəsinə əsasən şahid, zərərçəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər. Çağırış vərəqəsində kimin, hansı prosessual qisimdə çağırıldığı, habelə çağırılan şəxsin haraya və nə vaxt (gəlmə günü və saatı) gəlməli olduğu göstərilir. Çağırış vərəqəsində çağırılan şəxsin gəlmədiyi halda onun bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilməyə məruz qala biləcəyi barədə xəbərdarlıq qeyd olunur. Qanunun bu normasına əməl olunub olunmaması məsələsi Məhkəmə tərəfindən araşdırılmayıb və nəticədə əsassız və qanunsuz qərar qəbul edilib.
Eyni zamanda Cinayət Prosessual Məcəlləsinin 154-155 ci maddələrində nəzərdə tutulmuş əsasların heç biri olmamışdır. Çünki həyat yoldaşım hərbi qulluqçudur və daima nəzarət altındadır ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir zərurət yoxdur.
Xahiş edirəm ki, mənim bu müraciətimi diqqətə alaraq yoldaşımla bağlı məsələni şəxsi nəzarətinizə götürəsiniz” mətbuu orqanlarınızda işıqlandırılmasını təmin edəsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam