Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Emin Leyla ilə boşanmasının səbəbini açıqladı

 

Məşhur müğənni, biznesmen Emin Ağalarov şəxsi həyatı ilə bağlı danışıb.

Xeberinfo.com:   E.Ağalarov övladları, eyni zamanda Heydər Əliyev Fondunun vitse prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə boşanmasının səbəbləri barədə bir sıra açıqlamalar verib. Emin və Leyla evliliklərinin son illərində faktiki olaraq ayrı-ayrı şəhərlərdə yaşayırdılar. Boşandıqdan sonra övladları Əli, Mikayıl və Əminə Eminlə mütəmadi olaraq bir yerdə olurlar. "Onlar tamamilə özlərini fərqli şəkildə aparırlar. Məsələn, »əgər onlara pul verib mağazaya göndərsəm, Əli həmin dəqiqə, fikirləşmədən pullarının hamısını xərcləyəcək, Mika isə sakitcə pulları sayacaq, hesablayacaq, Onlar bacıları Əminəni çox sevirlər”, - Emin deyib. Emin həmçinin Azərbaycan prezidentinin qızı ilə boşanması barədə danışıb. Müğənninin fikrincə, onlar həyatlarında nəyisə "qaçırırıblar”. "Biz möhkəm ailə yarada bilmədik, əlbəttə bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə səbəb olmadı”, - deyə Emin Ağalarov deyib. Eminin sözlərinə görə, boşansalar da onlar övladlarının tərbiyəsi ilə birlikdə məşğul olmağa davam edirlər. "Bu vacibdir. İkimiz də başa düşürük ki, bizim əsas tapşırığımız odur ki, övladlarımız həyatda özlərini tapsınlar, öyrənsinlər”, - müğənni bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam