Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ziya Məmmədova daha bir zərbə: Nazirliyin bir səlahiyyəti də ləğv olundu

ziya-memmedov

Nazirlər Kabineti “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib.

Xeberinfo.com:   APA-nın məlumatına görə, dəyişiklik Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən birinin ləğv edilməsi ilə bağlıdır.

Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalı idi.

Dəyişikliyə əsasən bundan sonra Azərbaycanın sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə deyil, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam