Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Polislər Göyçaydakı bazarı mühasirəyə alıblar

 

 

    “Bazarın dörd bir yanında polis postu qurulub. Alıcıların giriş-çıxışına problem yaradılır” - bunu "xeberinfo.com"-ya Göyçay rayonun mərkəzində yerləşən, 300 nəfərin işlədiyi Ticarət Mərkəzindən satıcıları deyiblər. Sahibkarların sözlərinə görə, bazarı Nəqliyyat nazirinin xalası oğlu, rayonun icra başçısı Mənsur Məmmədovun tapşırığıyla sökürlər.

“Məqsəd satıcıları rayonun Cəyirli kəndində tikilən bazara yönləndirməkdir. Biz isə bununla razı deyilik. Heç kim rayonun mərkəzindən 4-5 kilometr yolu qət edib Cəyirli bazarına getməyəcək. Bundan başqa yeni bazarda yer haqları bahadı, dükan və piştaxtalarda alver etmək üçün almalısan. Biz razı deyilik. Maşınları bazara buraxmırlar. Məcbur qalırıq ki, məhsullarımızı əlimizlə daşıyıb bazara gətirək. İnsanları bu bazardan uzaq tutmağa çalışırlar. Bizim üçün bura rahatdır, rayonun mərkəzidir. İllərdir ki, buradan alver edirik”, - deyə ticarətçilər etiraz edirlər.

Sahibkarlar onu da bildirdilər ki, Cəyirli bazarında yer götürən satıcıların bir çox qonşu rayonlara üz tutublar: “Çünki orada alver getmir. Məhsulları satılmadığından mallar xarab olur. Əvvəllər deyirdilər ki, kim bazarda işləmək istəməsə pulu qaytarılacaq. İndi isə aldanan satıcılara ödədikləri məbləğlər geri qaytarılmır”.

Satıcıların hüquqlarını qoruyan hüquq müdafiəçisi Taleh Xasməmmədova da problemlər yaradılır. O bir neçə dəfə xəbərdarlıq mesajları alıb. Ancaq buna baxmayaraq hüquq müdafiəçisi öz işini həyata keçirir.

Satıcıların dedikləriylə isə Göyçay rayon İcra Hakimiyyəti razılaşmır. İcra hakimiyyətin sözçüləri bazarın sökülməsində icra başçısı Mənsur Məmmədov faktorunu inkar edirlər.

 

Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur. Rayonun da  Ziya Məmmədovun kurasiyasında olduğu iddia edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam