Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ziya Məmmədovun ailə biznesinin görünməyən tərəfi: “çirkli pullar” harada və necə “yuyulub”?

                       

 

“Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti",“Trans-European Leasing Group Ltd” və “Montgomery Industries Ltd”, “Brookwood International Limited”, “ZQAN Holdings Limited”, “Real Təmizlik” MMC...

 

Xeberinfo.com: Ötən ilin yayından başlayaraq nəqliyyat naziri Ziya Məmmədovun karyerası eniş xəttinə daxil olub. Doğrudur, cənab Məmmədov hələ də nazir olaraq qalır. Ancaq onun başçılıq etdiyi Nəqliyyat Nazirliyini indi hətta Bakı Nəqliyyat Agentliyi ilə belə müqayisə etmək mümkün deyil. Onun üçün itgiləri isə yalnız Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılmasından ibarət deyil. Bir zamanlar ölkənin beş ən böyük təsir imkanına malik oliqarx-məmurundan biri hesab olunan Ziya Məmmədov həm də ən böyük maliyyə gücünə malik beş kişidən biri sayılırdı. Vaxtı ilə... ötən ilin yayından başlayaraq başçılıq etdiyi nazirlik kimi onun ailə biznesi də sürətlə tənəzzül etməkdədir. Günəşin isti şüaları altında buzlar əridiyi kimi.

 İnternet axtarış sistemlərində “Ziya Məmmədovun daha bir şirkəti ləğv olundu” başlıqlı axtarış versəniz, nəqliyyat nazirinin biznes imperiyasının necə çökdürlüməsinin xronikası ilə üzləşəcəksiniz. Ancaq bütün bunlara baxmayaraq Ziya Məmmədovun müflisləşdiyini də iddia etmək mümkün deyil. Unutmayaq ki, onun ailə biznes imperiyasının ancaq Azərbaycandakı hissəsi çökür. İllər öncə Avropa və Asiyada yaradılan biznes strukturları Ziya Məmmədovun ailə biznesinin görünməyən, bilinməyən hissəsidir. Əslində, bu vəziyyəti aysberqin görünən və görünməyən tərəfləri kimi də düşünmək olar. Aysberqin görünməyən tərəfi görünən üzündən böyük olduğu kimi, Ziya Məmmədovun ailə biznesinə daxil olan əcnəbi ölkələrdəki şirkətlər də Azərbaycandakı ilə müqayisədə dəfələrlə böyükdür. Bu haqda xeberinfo.com-a daxil olmuş məlumatlarda bəhs olunur. Bu sırada isə Asiyadakı biznes strukturlar daha çox diqqəti cəlb edir... Bunun da səbəbi aydındır: Avropada qanunlar sərt olduğu və mənbəyi məlum olmayan kapitala qarşı mübarizə aparıldığı üçün Asiya ölkələrindəki biznesə daha çox önəm verilib. Məsələn, Türkiyədə yaradılan “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti" belələrindəndir. Əlbətdə ki, ofşor zonalar da unudulmayıb və Virgin adalarında  “Trans-European Leasing Group Ltd” və “Montgomery Industries Ltd” adlı iki şirkət qurulub. Nazir oğlu-Anar Məmmədovun vaxtının çox hissəsini keçirdiyi İngiltərədə isə “Brookwood International Limited” adlı şirkət yaradılıb.

Ziya Məmmədovun ailə biznesinə daxil olan ən böyük şirkətlərdən biri isə Birləşmiş Ərəb Əmirliyində yaradılan “ZQAN Holdings Limited” Şirkətidir.

Etibarlı mənbənin xeberinfo.com-a verdiyi məlumata görə, məhz bu şirkət vasitəsilə əsas maliyyə əməliyyatları aparılıb. Belə ki, “ZQAN Holdings Limited” Şirkəti Azərbaycanda “Real Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib. Guya bu şirkət şüşə fasada malik binların şüşələrinin təmizlənməsi üzrə ixtisaslaşıb. Sadəcə təmizlik xidmətləri göstərən bir şirkətin yaradılması üçün Birləşmiş Ərəb Əmirliyində yaradılmış şirkətin təsisçi kimi çıxş etməsi sözsüz ki, təəccübə səbəb olur. Mənbəmiz də diqqəti bu məqama çəkir və bu şəbəkə vasitəsilə böyük maliyyə əməliyyatları aparıldığını iddia edir. Ziya Məmmədovun ailə biznesinə daxil olan əksər şirkətlər kimi “Real Təmizlik” MMC-də Nəsimi rayonu, Kaveriçkin küçəsi ev 13, mənzil 4-də qeydiyyatdadır. İlk vaxtlar bu şirkətə Xəyal Rəhimov rəhbərlik edib. Sonradan Ziya Məmmədovla Arif Əsgərovun arasında münasibətlərin soyuması “Real Təmizlik” MMC-dən də yan keçməyib və Xəyal Rəhimov Şaiq Məmmədov adlı şəxslə əvəzlənib. Səbəb isə Xəyal Rəhimovun Arif Əsgərovun oğlu Elnar Əsgərovun dostu olmasıdır.

Əvvələr “Real Təmizlik” MMC-i məhz bu iki şəxs tərəfindən idarə olunub. Məlumata görə Xəyal Rəhimov Ziya Məmmədovun və Arif Əsgərovun biznesi haqqında ən məlumatlı azsaylı şəxslərdən biri və bəlkə də birincisidir. “Əgər bu şəxs danışsa, çox gizlinlərin üstü açıla bilər”-deyə mənbə iddia edir. Bu iddianın arxasında həqiqətin dayanıb-dayanmadığını aşkara çıxarmaq isə aidiyyatı dövlət qurumların üzərinə düşür...

Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Mövzunun davamı olacaq.

 

Nadim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam