Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ən yaxşı universitetlər siyahısında yoxuq

universABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən «USNews&Worldreport» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.

Xeberinfo.com:   Siyahıda 60-a qədər ölkənin 1000 universitetinin adı çəkilir. Azərbaycanın ali təhsil ocaqlarının adı siyahıya düşməyib.

KRİTERİYALAR

Qəzet universitetlərin elmi araşdırma fəaliyyətinə və qlobal, eləcə də regional nüfuzuna görə seçildiyini, 12 mühüm amilə görə qiymətləndirildiyini yazır. Mühüm amillər dedikdə, universitetlərin apardığı elmi-araşdırma fəaliyyəti, elmi nəşrlər, məqalələr, eləcə də kitablar, keçirdikləri müşavirələr, beynəlxalq əməkdaşlıq səviyyəsi, onlara istinadlar və s. nəzərdə tutulur.

Ali təhsil ocaqları 100 ballıq sistemlə qiymətləndirilib.

İlk 10-luğa daxil olanlar ABŞ-ın Harvard Universiteti (100 bal), Massaçusets Texnologiya İnstitutu (97.9), Stenford Universiteti (92.9), Kaliforniya-Berkli Universiteti (92.8), Kaliforniya Texnologiya İnstitutu (89.3), Britaniyanın Oksford Universiteti (88.1), Kembric Universiteti (86.3), Prinston Universiteti (86.2), Kolumbiya Universiteti (85.9) və Kaliforniya-Los-Anceles Universitetidir (85.8 bal).

İRANDAN 11, RUSİYADAN 10 UNİVERSİTET

Siyahıya Türkiyənin 23 ali təhsil ocağının adı düşüb. Onlardan ən çox bal toplayanı Boğaziçi Universiteti (64.7), Yaxın Şərq Texniki Universiteti (61.1), İstanbul Texniki Universitetidir (59.9).

«USNews&Worldreport»un siyahısında İranın 11, Rusiyanın 10 təhsil ocağının adı çəkilir. Rusiyadan ən çox bal toplayan universitetlər Lomonosov adına Moskva Dövlət Universitetidir, 59.3 balla qiymətləndirilib. Moskvadakı Milli Nüvə Araşdırma Universiteti 53.1, Sankt-Peterburq Dövlət Universiteti 49.6 bal alıb.

İranın Şərif Texnologiya Universiteti (53.4 bal), Tehran Universiteti (51.8), İsfahan Universiteti (49.6 bal) bu ölkənin ən yaxşı ali təhsil ocaqları hesab olunub.

Sonuncu yerlərdən birini tutsa da, Gürcüstan Dövlət Universitetinin də adı dünyanın ən güclü 1000 ali təhsil ocaqları siyahısındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam