Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Türkiyə Mosul əməliyyatında iştirak etmir"

İraq Ordusu Türkiyənin Mosul əməliyyatında iştirak etməsinə dair iddiaları təsdiqləməyib.

Xeberinfo.com:  İraq Ordusunun birgə hərəkət mərkəzinin sözçüsü deyib ki, əməliyyatlara heç bir türk qüvvəsi daxil olmayıb.

Türkiyə ötən gün bildirib ki, Başika düşərgəsindəki əsgərləri ilə Mosul əməliyyatında iştirak edən Peşmərgə qüvvələrinə dəstək verib və Mosul ətrafındakı özünü İslam Dövləti adlandıran qrupun (İD) hədəflərini top atəşinə tutub.

Baş nazir Binali Yıldırım Ədalət və İnkişaf partiyasının (AKP) Müşavirə və Qiymətləndirmə Yığıncağından sonra jurnalistlərin “yaxın günlərdə Mosul istiqamətli əməliyyat olub-olmayacağını” soruşarkən “Bu nədir? Edilən nədir? deyə cavab verib.

Peşmərgə: Başika mühasirədədir

İraq Kürdüstan Regional Rəhbərliyinə (IKBY) yaxın Rudaw xəbər agentliyi isə yazır ki, davam edən Mosul əməliyyatı çərçivəsində Peşmərgə qüvvələri Başika qəsəbəsini mühasirəyə alıb.

Peşmərgənin qəsəbəyə girməsi barədə əvvəllərdə də xəbərlər var idi, amma sonradan bu xəbərlər yalan çıxmışdı. Rudaw-a danışan Peşmərgə komandirləri deyib ki, Başikaya gedən bütün yollar nəzarət altındadır.

Başika qəsəbə İŞİD üçün əhəmiyyətli bir məntəqə hesab olunurdu.

Başika gərginliyi

İraq Ordusu ilə yanaşı, şiə könüllüləri və peşmərgə qüvvələri Mosula irəliləməyə çalışırlar. Ötən həftə başladılmış genişmiqyaslı əməliyyata ABŞ rəhbərliyindəki İD əleyhinə koalisiya hava dəstəyi verir.

Türkiyə Başikada təlimlər keçdiyi yerli sünni qüvvələrin də Mosul əməliyyatına daxil edilməsini tələb etsə də, indiyədək Türkiyənin dəstəklədiyi qüvvələr əməliyyatda rol oynamayıb.

Bağdad rəhbərliyi Türkiyənin Başika düşərgəsini tərk etməsini istəyir və bölgədə Türkiyənin hərbi varlığının beynəlxalq hüquqa zidd olduğunu deyir.

Türkiyə isə Başikaya Bağdadın dəvəti ilə gəldiyini xatırladır və baş nazir Heydər əl-Abadini məzhəbçi siyasət aparmaqda ittiham edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Mosulun Türkiyənin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyərək əlavə edib ki, “Başikadakı bazamız barədə heç kim danışmasın. O baza orada duracaq”.

(BBC azeri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam