Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qubadlı təhsilində şöbə müdirinin "şərtləri" - ŞOK İTTİHAM

Qubadlı təhsil idarəsində vəziyyət uruscadır...
Xeberinfo.com:   Ölkənin təhsil naziri dəyişdikdən, yəni Misir Mərdanovun yerinə Mikayıl Cabbarov təyin olunduqdan sonra çoxları elə zənn edirdi ki, artıq təhsil sistemində mövud olan bir sıra nöqsanlar aradan qaldırılacaq, orta, orta ixtisas və ali məktəblərin fəaliyyəti normallaşdırılacaq. Lakin bununla bağlı gözləntilərin heç də özünü doğrultmadığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, təhsil naziri dəyişdirilsə də ölkənin təhsil sistemi fəaliyyətini öz axarı ilə, daha dəqiq desək, «köhnə hamam, köhnə tas» prisipilə davam etdirir. Misal kimi Qubadlı rayon təhsilini göstərən mənbənin sözlərinə görə, adıçəkilən rayonda təhsilin ümumi vəziyyəti Misir Mərdanovun dövründə necə idisə, bu gün də hər şey olduğu kimi qalmaqdadır. Belə ki, sözügedən məsələ ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs qeyd edir ki, Afət Məhəmməd qızı Allahverdiyeva 2002-ci ildən etibarən Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edir. Və həmin vaxtdan bu günə kimi Qubadlı rayon təhsilində elə də böyük irəliləyişlər, nəzərəçarpacaq ciddi nailiyyətlər əldə olunmayıb: «Deyilənlərə görə, uzun müddətdir ki, Qubadlı rayon təhsili bir sıra problemlərlə üz-üzə qalıb. Belə ki, Qubadlının təhsil sistemi məhz Afət Allahverdiyevanın tətbiq etdiyi «qayda»larla idarə olunur. Bu isə özlüyündə rayon camaatının ciddi narazılığına səbəb olur. Çünki şöbə müdirinin «qayda»ları rayon təhsilin inkişafına deyil, tamam başqa məqsədlərin reallaşdırılmasına xidmət edir». Qubadlı məktəblərində direktor təyinatının birbaşa rayon təhsil şöbəsinin müdiri tərəfindən həyata keçirildiyini vurğulayan mənbə iddia edir ki, bu zaman sözügedən proses tərəflərin maraqlarının tam şəkildə təmin olunması prinsipilə baş tutur: «Deyilənlərə görə, əgər kimsə bu və digər məktəbin direktoru vəzifəsinə iddialıdırsa, onda mütləq Qubadlı Rayon Təhsil Şöbəsi tərəfindən irəli sürülən «şərt»lərə əməl etməlidir. Həmin şəxs yalnız bundan sonra məqsədini reallaşdıra bilər. Qeyd edim ki, təhsil şöbəsi tərəfindən irəli sürülən «şərt»lər heç də kiçik məsələ deyil. Yeri gəlmişkən, onu da əlavə edim ki, hazırda əslən Qubadlı rayonundan olan şagirdlərin böyük əksəriyyəti digər orta məktəblərdə təhsil almağa üstünlük verirlər. Çünki Afət Allahverdiyevanın rəhbərlik etdiyi təhsil sistemi nə şagirdləri, nə də ki, onların valideynlərini qane edir. Bu isə özlüyündə Qubadlı məktəblərində şagird qıtlığının yaranmasına səbəb olur. Deyilənlərə görə, təhsil şöbəsinin müdiri bunun da çarəsini tapıb. Belə ki, Afət Allahverdiyeva digər qaçqın rayonların təhsil şöbə müdirlərilə razılaşaraq onların şagirdlərini Qubadlı məktəblərinə cəlb edir. Təbii ki, digər məsələlər kimi bu proses də qarşılıqlı maraqların təmin olunması nəticəsində baş tutur. Məhz elə bu səbəbdən də müvafiq dövlət qurumlarının tez bir zamanda Qubadlı Rayon Təhsil Şöbəsində ciddi yoxlama aparmalarına ehtiyac var. Əgər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi adıçəkilən şöbənin, həmçinin Afət Allahverdiyevanın fəaliyyətini araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər». Hazırda Qubadlı rayonunda 31 tam orta və 1 ümumi orta məktəbin fəaliyyət göstərdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, artıq məktəb direktorları da Afət Allahverdiyevanın əməllərindən təngə gəliblər: «Müəllimlərin işə qəbuluna gəlincə, deyilənlərə görə, bu proses də bir sıra «mərhələ»dən sonra baş tutur. Yəni bu və digər orta məktəbdə müəllim kimi çalışmaq istəyən şəxs Qubadlı Rayon Təhsil Şöbəsinin bir sıra «tələb»lərinə razılıq verməli, üzərinə düşən öhdəliyə əməl etməlidir. Müəllimlər arasında dərs saatlarının bölüşdürülməsi də təxminən, eyni prinsiplər əsasında həyata keçirilir. Bir sözlə 2002-ci ildən bu yana, yəni düz 14 ildir ki, Qubadlı camaatı Afət Allahverdiyevanın yarıtmaz fəaliyyətinin qurbanına çevriliblər».

 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam