Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''

Mövlud Çavuşoğlu: ''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''

 

"Əgər ehtiyac olsa, özəl qüvvələrimizin köməyindən istifadə edəcəyik"

Xeberinfo.com:  "Anadolu" agentliyinə istinadən xəbərə görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələri koalisiyada iştirak edir: “Havadan nə vaxt, hara və necə əməliyyat aparılması qərarını hərbçilər verəcək”.
Nazir Türkiyənin İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazasında təlim verdiyi Ninova mühafizə dəstəsinin əsasən yerli sakinlərdən ibarət olduğunu söyləyib: “Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra şəhərin təhlükəsizliyini təmin etmək üçün bu qüvvələrdən istifadə etmək lazımdır. Hazırda əməliyyatın içərisində onlar aktiv rola malikdir”.
M.Çavuşoğlu həmçinin Mosulun İŞİD terrorçu qruplaşmasından xilasetmə əməliyyatından da danışıb: “Quru əməliyyatını müxtəlif qruplar əvəzinə, İraq ordusunun şəxsən idarə etməsi lazımdır. Hazırda orada İraqın şimalında kürd muxtariyyətinin silahlıları, Ninova mühafizə dəstəsi və digər qüvvələr var. Ona görə də İraqda olan ölkələrin və ya Türkiyənin quru əməliyyatlarına qoşulması gündəmdə deyil. Əgər ehtiyac olsa, özəl qüvvələrimizin köməyindən istifadə edəcəyik”.
“Əgər YPG  və PYD (PKK-nın Suriyadakı qolu - "Report") öz yerlərinə çəkilməsə və İŞİD-ə qarşı əməliyyat aparan Azad Suriya Ordusuna hücum etməyə davam etsə, biz də lazım olan addımı atacağıq. Çünki YPG və PYD-nin İŞİD-ə qarşı olduğunu bilirik. Yox, əgər bunun əksini edirsə, deməli, onların məqsədi İŞİD-ə qarşı savaşmaq deyil, Suriyada öz terror dəhlizini yaratmaq istəyidir. Əvvəldən də bəyan etmişik ki, burada belə bir hala icazə verməyəcəyik. Bu səbəbdən də hərəkətlərinə fikir verməlidirlər, yoxsa biz lazımi addımları atacağıq”, - deyə M.Çavuşoğlu əlavə edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam