Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Elm insanları haqqında

Elm insanları haqqında

Xeberinfo.com:  (Birinci yazı)

Alim var ki,elmlərə namizəd işini yenidən işləyib genişləndirir və elmlər doktoru adına layiq görülür. Belə müdafiədən nə xalq nə də hökumət heç bir fayda götürmür. Ancaq dövlətin büdcəsindən qədərincə faydalanır.

Alim də var ki, yaradıcıdır. Xalq da, dövlət də onun yaradıcılığından kifayət qədər yararlanır. Bu kimi alimlər  Dövlət mükafatı laureatı kimi şərəfli ada layiq görülürlər və onlara akademik kimi ən yüksək elmi titiul verilir. Məhz belə alimlərdən biri Ağdaş bölgəsinin Qobu-üstü kəndində dünyaya gələn 1939-cu il təvəllüdlü Telman İnayət oğlu Nizamovdur.

Elm insanları haqqında

T.İ.Nizamov elm sahəsində buta kimi qalmayıb, açılıb, get-gedə şöhrətlənibdi. Elm sahəsində çoxlu sayda xalq təsərrüfatı əhəmiyyətli ixtiraların müəllifi və yüzlərlə elmi əsərlərin müəllifi olubdu.Onda bir müsbət cəhət o idi ki, kiminlə necə danışmağın qaydasını bilibdir.Həm də T.Nizamovun elmi siyasəti düzgün istiqamət götürmüş olub.

Baxçası dərmandı loğman özüdü,

Büdcəsi halaldı zəhmət sözüdü,

Mayası aydındı Zərdüşt közüdü,

Kəlməsi səhvsizdi nurlu gözüdü,

Təmkindir, dərindir, mətindir Telman.

Biləsuvar bölgəsinin Bəydili kəndində dünyaya gələn 1951-ci il təvəllüdlü Fəlsəfə elmləri doktoru Yadigar Türkel ixtisasca həkim olsa da 1993-cü ildə ”Ekoloji mədəniyyətinformalaşmasının sosial fəlsəfi və tibbi aspektlərindən namizədlik, 2005-ildə “İnsan, təbiət cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)” konusunda doktorluq dissertasiyasi müdafiə edib. Onun fəlsəfə elmində və ədəbiyyata dair samballı elmi araşdırmaları və tərcümələri var. Elmi səviyyəsinin direktorunkundan yüksək olması,direktora və yuxarılara onda üzdən iraq yarınma keyfiyyətləri olmadığından işlədiyi Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan 25.02.2016-cı iltarixdə şərlənərəkzorakılıqla vəzifəsindən azad olunubdur.

Elm insanları haqqında

Yadigar Türkelin Fəlsəfə elmləri doktoru kimi elmi tutul alması və bir alim kimi yetişməsi üçün Azərbaycan dövləti küllü məbləğdə vəsait xərcləyibdir. Bir qrup məsuliyyətsizlə İndi öz mənsəbi uğurunda çalışan və kimlərəsə yarınan direktor Y.Türkeli şərləyib vəzifəsindən azad etməsilə Azərbaycan hökumətinə və elminə xəyanət edibdir.İnstitutun rəhbəri anlamaqdan o qədər kasıbdır ki, Y.Türkel kimi alimlərdə yaradıcılıq keyfiyyətləri 42 yaşdan başlaraq 75 yaşa kimi durmadan artmasını və inkişaf etməsini görmür. Yaradıcılığının sürətlə inkişaf edtiyi bir məqamda onu (28.04.1951-25.02.2016)=65 yaşında elmi fəaliyyətindən zorakı yolla ayırmaq direktorun yerində olmamasından xəbər verir. Bax bu haqq ədalətlə bir araya sığmayan vəzifədən azad etməyə-xəyanətə görə direktorun məsuliyyəti tələb edilməlidir. Ədalətsizlikdən belə bir nəticə alınır ki, rəhbərlik və ətrafı  düşüncədə və ağılda müasir insanlara yox, sivilizasiyalı dünyamızdakı ibtidai icma quruluşundakı varlıqlara-insanlara oxşayırlar. Çox təəssüf ki, məhkəmələr də   işi uzun müddətdir süründürür və ədaləti bərpa etmək istəmirlər.

Yadigar düz dedi haqqa çatmadı,

Səbəbkar fakt verdi kimsə baxmadı,

Qoçular zor gəldi zala sığmadı,

Hakimi xof aldı düzü saymadı,

Vətəndə haqsızlar güclüdür, Türkel.

Yardımlı bölgəsinin Porsova kəndində dünyaya gələn 1939-cu il təvəllüdlü Kimya elmləri namizədi Bəbir Abi oğlu Tağıyev haqqında “Azərbaycandan müasir dünyaya baxış”,”Azərbaycan elmi və ədəbiyyatı İnkişafdadır”, “Dayaq” kitablarımda və “Yeni Xəbər” mətbu orqanının 07.03.2015-ci il tarixli sayında, 27.02.2015-cil tarixli “Xeberinfo.com”saytında ətraflı məlumat verilibdir.

Elm insanları haqqında

Bəbir Tağıyev də yaradıcı-ixtiraçı alimdir.O, elm tarixində özəl plastiklərin sintezində istifadə edilən bir monomerin yeni sintez metodunu yaradan yeganə kimyaçı alimdir. Onun kimya elmi sahəsində yüksək keyfiyyətə malik olmasını SSRİ Elmlər Akademiyası ilə yanaşı ABŞ-ın Nyu-York Elmlər Akademiyası da təsdiq edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Metallar institutunda çalışdığı 1981-1982-ci illər ərzində özəl plastiklərin sintezində istifadə edilən bir monomerin yeni sintez metodunu təklif edib. Bu monomerin ilk sintez metodu Rusiyada (1965), ikinci sintez metodu isə ABŞ-da(1969) patentləşdirildiyi üçün Bəbir Tağıyev Moskvaya Patent ekspertizası institutuna çağrılıb. O, orada təklif etdiyi metodun əvvəlkindən daha üstün olduğunu ekspertlər qarşısında sübut edib və açıqlanmasına izin verilməyən qrifli müəlliflik şəhadətnaməsi alıb...

Bəbir Tağıyev Türkiyədən Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edərək, Akademiyanın keçmiş əməkdaşı kimi işə qəbul edilməsini xahiş etsə də onlar müxtəlif bəhanələrlə onu işə qəbul etməyiblər.

Bir kəşfə bərabər ixtira oldu,

Son sintez metodu əvəzsiz oldu.

Alimtək tanındı o tayda-qərbdə,

Pərəstiş edildi bu tayda-şərqdə, 

İş yeri vermədi müdir Vətəndə,

Vətəndə ədalət gücsüzdür, Bəbir.

Yardımlı bölgəsinin Gilar kəndində dünyaya gələn 1939-cu il təvəllüdlü Bəhmən Yunus oğluSultanlı Fizika-riyaziyyatelmləri doktorudur. Bakı Dövlət Universitetinin məzunudur.   Bəhmən Sultanlı haqqında “Haqq-ədalət sorağında” adlı altincı kitabımda”Fizika-riyaziyyat elmləri doktoru Bəhmən Sultanlı haqqında kicik elmi, siyasi, ədəbi dastan” və “ Fizika-riyaziyyat elmləri doktoru Bəhmən Yunus oğlu Sultanlı haqqında “ qısa qeydlərlə onun kimliyini əks etdirən yazılar verilmişdir. Bu gündə onun məramından, məqsədindən dönə biləcək bir hərəkət, danışıq görünmür. Yəni B.Sultanlı dəyişməz, idrakı sağlam, sabit insandır. Bütün bunlarla yanaşı o, fundamental elmlərinin sahibi olsa da bədii ədəbiyyat, siyasət və fəlsəfə elmində də yüksək səviyyədə bilgi sahibidir.

Elm insanları haqqında

B.Sultanlının elmi keyfiyyəti haqqında yuxarıdaıkı yazılarımda qeyd etdiklərimdən başqa unudub deyə bilmədiyimi oxuculara çatdırmaq istəyirəm.”Praktikaya bilavasitə münasibəti baxımından ayrı-ayrı Elmlər fundamental və tətbiqi Elmlərə bölünür.Fundamental Elmlərinvəzifəsi təbiət,cəmiyyət və təfəkkürün fəaliyyətini və qarşılıqlı təsirini idarə edən qanunları dərk etməkdir. Həmin qanunlar “xalis” şəkildə, yəni istifadə edilməsindən asılı olmayaraq öyrənilir. Bunagörə də fundamental Elmlər “xalis” elmlər adlandırılır”

.Bəli, Bəhmən müəllim “xalis” elmlərin sahibidir.Onunla etdiyim mübahisələrdən və mətbuatdakı cıxışlarından mənə aydın olubdur ki, o nəinki “xalis” elmlərin, hətda bütün elmlərin şahı olaran“konkret elmlər üçün dünyagörüşü rolunu oynayan” ictimai şüur formalardan biri  Fəlsəfə elminin də sahibidir.Elm sahəsindəki səlahiyyət sahibləri Bəhmən müəllimə bu sahədə müdafiə etmədən Fəsəfə elmləri doktorukimi elmi titul verərlərsə, bu  fəxri addan Tanrı da razı qalar.

Oxşarsız alimdir fəlsəfəsində,

Bənzərsiz fəhmidir siyasətində,

Dəyişməz yazardır tənqidlərində,

Əyilməz əfzəldir əməllərində,

Məntiqin,idrakın özüdür Bəhmən.

Məntiq-təfəkkürün forma və qanunları haqqında elm. “Məntiq” həmçinin insan şüurunda obyektiv gerçəkliyin inikasını bildirən termin kimi işlədilir.

İdrak-obyektiv gercəkliyin insan beynində əks etdirilməsi və onun haqqında dürüst bilik almaqdan ibarət fəal ictimai praktik proses.

Həmin alimlərin hansı bölgələrdən olduğunu və təvəllüdlərini göstərməklə onu demək istəyirəm ki, rspublikamızın bütün bölgələrində yaşlı nəsildən olsalar da bu kimi dərin bilgi sahibi olan oğullar var.Bir də onu nəzərə çatdırmaq istəyirəm ki, indiki dönəmdə onların gənc alimlər sırasında əvəzləyiciləri yoxdur.

 

 Quliyev Elxan Sarı o.                                                       

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam