Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Millət vəkilindən şikayət

Millət vəkilindən şikayət

 

Sabir Hacıyev vəzifə səlahiyyətlərini aşan bələdiyyə sədrini himayə edir?

Xeberinfo.com:  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə yerli icra orqanlarına öz işlərinə məsuliyyətlə yanaşmaq, vətəndaşların ərizə və şikayətlərini dinləyərək onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görmək barədə ciddi tapşırıqlar versə də, lakin hələ də yerlərdə dövlət başçısının tapşırıqlarına əməl etməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşa problemlər yaradan məmurlar qalmaqdadır. Demək olar ki, ölkənin hər bir regionunda təəssüf də olsa bu cür neqativ hallara rast gəlmək mümkündür. Maraqlısı odur ki, həmin məmurlar nəinki vətəndaşın ərizə və şikayətlərini dinləyərək onun həlli istiqamətində addım atır, əksinə onun üzləşdiyi problemin həllinə başlıca maneə olur. Yaxud elə məmur özü birbaşa bu və ya digər problemin yaradıcısı olur. Elə Göyçay rayonu, Cəyirli kənd sakini Vahid Adgözəlovun da redaksiyaya ünvanladığı məktubda yerli icra orqanlarının özbaşınalığından bəhs edilir. Vahid Adgözəlovun redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edilir ki, Göyçay rayonundan millət vəkili seçilmiş Sabir Hacıyevin yaxın qohumu, bu rayonun Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun ailəsinə məxsus pay torpaq sahəsini başqa şəxsə satıb. Vahid Adgözəlov qeyd edir ki, bələdiyyə sədri Fuad Nəbiyevin yol verdiyi cinayət əməli barədə etdiyi şikayətlərə isə baxılmır: "Çünki Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevi Göyçay rayonundan millət vəkili seçilmiş Sabir Hacıyev himayə edir. Bələdiyyə sədri deputat Sabir Hacıyevin yaxın qohumudur. Elə buna görədir ki, bələdiyyə sədri Fuad Nəbiyev kənddə vətəndaşlara məxsus pay torpaq sahələrinin çoxunu başqa-başqa şəxslərə külli miqdar pulun qarşılığında sataraq açıq-aşkar cinayət əməlləri ilə məşğuldur. Buna görə də kənd sakinlərinin pay torpaq sahələri sənədlərlə düz gəlmədiyindən məhkəmələrdə çəkişmələr gedir. Bələdiyyə sədrinin tamahına görə vətəndaşlar üz-üzə qalıblar. Bələdiyyə sədri Fuad Nəbiyev Cəyirli bələdiyyəsinə məxsus torpaqları kimə gəldi satıb pulunu şəxsi vəsaiti kimi xərcləyir və heç bir hesabat da vermir". Vahid Adgözəlov bildirib ki, Fuad Nəbiyev Ucar rayonu Pirkənd kənd sakini Bədəlov Fazilə 1 hektar torpağı 50.000 manata sataraq pulunu mənimsəyib: "Düzdür alqı-satqı müqaviləsində cüzi qiymət qeyd edilir. Ancaq Fuad Nəbiyev torpağın 1 hektarını məhz 50.000 manata satıb. (olaylar.az) Bu da korrupsiya cinayətini təsdiq edən sübutlardı. Ümumiyyətlə, belə hallar çox saydadır". Şikayət müəllifi deyib ki, Göyçay rayonu Cəyirli kəndində torpaqlar çox məhsuldar və keyfiyətli olduğu üçün qiyməti bahadır: "Qeyd edim ki, bizim ailəyə 1998-ci il tarixdə aqrar islahatlar zamanı 20 sot torpaq sahəsi verilib. Kəndlinin çörəyi torpaqdan çıxır. Ancaq bu saxtakar bələdiyyə sədrinin qanunsuz əməllərinə görə çörəksiz qalmışıq. Bələdiyyə sədri Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev isə Cəyirli kənd ərazi icra nümayəndəsidir. Nəbiyev qardaşlarının qanunsuz əməllərindən kənd camaatı cana yığılıb. Özlərinin hektarlara torpaq sahələri, Bakı şəhərində mülkləri, bahalı avtomobilləri, ticarət mərkəzləri var. Buna baxmayaraq gözü doymayan korrupsioner bələdiyyə sədri bizim ailəyə məxsus pay torpaq sahəsini başqasına qanunsuz olaraq satıb mənimsəyib. Göyçay Regional Ədliyyə Şöbəsinə bu barədə etdiyim şikayət ərizəmi də düzgün icra etmirlər. Həmin qurumlar açıq-aşkar cinayətkar bələdiyyə sədrini müdafiə edirlər. Çünki onlara haqq verir. Ona görə də ümüdümü Prezidentə bağlayıb dövlət başçısına müraciət edirəm. Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən xahiş edirəm ki, bizim torpağımızı əlimizdən alıb satan cinayətkar bələdiyyə sədri və onun himayədarı deputat Sabir Hacıyevin barəsində ciddi tədbirlər görülsün". Vahid Adgözəlov qeyd edib ki, nə Fuad Nəbiyev bələdiyyə sədri vəzifəsində qalmağa, nə də Sabir Hacıyev millət vəkili kimi göyçaylıları təmsil etməyə layiq deyil: "Çünki millət vəkili başqasının torpağını satıb mənimsəyən cinayətkarı himayə etməz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam