Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Bakıda dəhşətli qəza: baş bədəndən ayrıldı

 

           Yolun əks istiqaməti ilə hərəkət edən motosiklet mikroavtobusla toqquşub

 

   Bakının Sabunçu rayonunda aeraportdan üzü şəhər istiqamətində gedən yolda bir nəfərin ölümünə səbəb olan ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Samir Səlimovun idarə etdiyi mikroavtobusla əks istiqamətlə hərəkət edən motosiklet toqquşub.
    Qəza nəticəsində başı bədənindən ayralan motoskiletin sürügüsü hadisə yerində faciəli şəkildə dünyasını dəyişib. 
Hadisədən sonra ərazi polislər tərəfindən nəzarətə götürülüb və qəza yeri müayinədən keçirilib. Sabunçu rayon polis idarəsindən verilən məlumata görə dünyasını dəyişən motosiklet sürücüsünün üzərindən heç bir sənəd tapılmadığından hələlik onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 
   Onun təxminən 25-30 yaşlarında kişi olduğu bildirilir. Həmçinin motosikletin də üsdündə dövlət qeydiyyat nişanının olmaması polisləri işini bir qədər çətinləşdirib. 
     Hadisə yeri müayinədən keçiriləndən sonra isə mərhumun meyidi ekspertizadan keçirilməsi üçün morqa aparıldı.
   Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri tstintaq və təyin edilən ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr