Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Bu konqres böyük fürsət yaradır"

Türkiyəli nazir: "Bu konqres böyük fürsət yaradır"

 

 

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak İstanbulda təşkil olunan XXIII Dünya Enerji Konqresi ilə bağlı mətbuat konfransı keçirib.
 
Xeberinfo.com:  Məlumata görə, konqresin məqsədi, Türkiyənin enerji siyasətinin istiqamətləri barədə geniş məlumat verən nazir diqqətə çatdırıb ki, tədbir çərçivəsində energetikanın bütün sahələrinə dair birgə müzakirələr aparılması bu sektorda səmərəli əlaqələrin qurulması, daha böyük uğurların əldə olunması üçün böyük fürsət yaradır.
 
Rəsmi məlumata görə, İstanbul konqresi dövlət və hökumət başçıları da daxil olmaqla, 80 ölkədən gələn iştirakçıları bir araya toplayacaq. Konqresdə 266 nümayəndə qlobal enerji siyasətinin gələcəyi barədə fikir mübadiləsi aparacaq.
 
Konqres iştirakçıları arasında Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, TANAP-ın baş direktoru Saltuk Düzyol və başqaları da var.
 
Azərbaycan konqresdə geniş nümayəndə heyəti ilə təmsil olunur.
 
Konqres oktyabrın 13-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam