Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İcra başçısı və oğlunun cərimə və balları: 2800 manat – 48 bal

xaleddddDYP-nin sistemində Xaləddin İsgəndərovun 7, oğlunun isə 29 MMX protokolu var

Xeberinfo.com:  Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobili ilə bağlı müxtəlif məlumatlar ictimaiyyətə məlumdur. Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə məlumat verilmişdi. Bu dəfə isə araşdırmalar zamanı məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokol var. Ümumilikdə həmin cərimələrin məbləği 270 manat, 8 baldır.
Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var. Cərimələrin ümumi məbləği isə 2500 manatdan artıqdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 40-ı ötüb. Beləliklə də, icra başçısının oğlunun sürücülük hüququndan məhrum edilməsi qaçılmazdır. Əgər buna ciddi yanaşılsa…
Məlumata görə, Xaləddin İsgəndərovun ailə maşınları arasında 99 AA 812 nömrəli daha bir bahalı avtomobil də var. (Avtosfer.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam