Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Polislə 30 homoseksual arasında dava - Bakıda şok hadisə

Oktyabrın 2-dən 3-nə keçən gecə, saat 2 radələrində Bakının mərkəzində yol qəzası baş verib.

Xeberinfo.com:   Şahidlərin avtosfer.az-a verdiyi məlumata görə, Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» markalı avtomobil Muzey Mərkəzinin qarşısından Səməd Vurğun küçəsinə dönərkən qəza törədib. Avtomobil sürətlə hərəkət etdiyi üçün sürücü idarəetməni itirib və «Pajero» sağ tərəfdəki səkiyə çıxaraq oradakı dayanma-durmanı qadağan edən yol nişanını əzib, sonra isə reklam dirəyinə dəyərək dayanıb.

Şahidlərin sözlərinə görə, avtomobildən düşən şəxs cinsi azlığın nümayəndəsi olub. Hadisə yerinə gələn yol polisləri sərxoşluq müayinəsi üçün onu tibbi müayinəyə aparmaq istəyiblər. Lakin həmin şəxs polislərlə mübahisə edərək harasa zəng edib. Bir neçə dəqiqədən sonra hadisə yerinə bahalı avtomobillərlə 30-dan artıq cinsi azlıq nümayəndəsi gəlib. Onlar polislərlə mübahisə edərək qəza törədən homoseksualın harasa aparılmasına etiraz ediblər.

Məlumata görə, mübahisə zamanı vəziyyət qarışıb və qəza törədən cinsi azlıq nümayəndəsi hadisə yerindən yayına bilib. Onun avtomobili isə evakuatorla aparılıb. Qırılmış yol nişanı hazırda həmin ərazidədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam