Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qəbələ” “Qarabağ”ı məğlub etdi – Premyer Liqa

qebele

Ağdam klubu səfərdə iki cavabsız top buraxıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub.

Xeberinfo.com:  Məlumata görə, turun son oyununda “Qəbələ” “Qarabağ” klubunu qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutmuş görüşə meydan sahibləri fəal başlayıb. Nəticədə oyunun 11-ci dəqiqəsində “qırmızı-qaralar” hesabda önə çıxıb. Filip Ozobiç möhtəşəm zərbə ilə İbrahim Şehiçi məyus edib. Cəmi 3 dəqiqə sonra qonaqlar ikinci dəfə qapılarında top görüblər. Bu dəfə Baqali Dabo Asif Məmmədovun ötürdüyü topu başla tora göndərib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.
İkinci hissəyə isə qonaqlar fəal başlayıb. Buna baxmayaraq, rəqib qapısına yol tapmaq mümkün olmayıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb və matç “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Qəbələ” Premyer Liqanın ilk dövrəsini 19 xalla birinci pillədə başa vurub. Səfər görüşündən xalsız dönən “Qarabağ” isə 13 xalla 3-cüdür.

Qeyd edək ki, turun digər oyununda “İnter” evdə “Zirə” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Sumqayıt” – AZAL oyununda da eyni hesab qeydə alınıb. “Neftçi” isə evdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam