Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ukraynada referendumların ilkin nəticələri açıqlanır

 

 
     "xeberinfo.com": Ukraynanın Donetsk və Luqansk vilayətlərində Rusiya tərəfdarı olan separatçıların mayın 11-də keçirdiyi müstəqillik referendumlarının ilkin nəticələri açıqlanır. Rusiyanın “RİA-Novosti” agentliyinin məlumatına görə, Donetsk vilayətində seçicilərin 74,87 faizi, Luqansk vilayətində 81 faizi referenduma gəlib.
    Donetsk vilayətində seçicilərin 89,7 faizinin özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun Ukraynadan ayrılmasına səs verdiyi bildirilir. “Luqansk Xalq Respublikası” ilə bağlı ilkin məlumat hələ elan olunmayıb.
2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100 nəfərdən çox adam ölüb. Fevralın 22-də hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra isə Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra Donetsk, Xarkov, Luqansk vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam