Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Daha bir canlı əfsanə futbola əlvida dedi

 

 

  "xeberinfo.com": "İnter"in yaşayan əfsanəsi Xavier Zanetti mövsümün sonunda butsılarını "mıxdan asmaq" qərarına gəlib. 19 ildi ki, "Neradzurri" formasını geyən "qoca çinar"ın klubda mühüm bir posta gətiriləcəyi istisna edilmir. Futbolçunun özü də klubda qalmaqda maraqlıdı.

"40 yaşa qədər oynamışam - özümlə qürur duyuram. Ancaq indi vaxtdı - getmək lazımdı. Ötən ilki uzunmüddətli zədədən sonra özümə söz vermişdim ki, qayıdacam, əsas komandaya düşəcəm - daha sonra da qurtaracam. Çox şadam ki, belə də oldu" - futbolçu italyan mediasına verdiyi açıqlamada deyib.

"İnter" mənə doğma klubdu - futbola da məhz burda "Əlvida!" demək istəyirdim - bunu bacardığım üçun sevincliyəm. Bundan sonra da, şərait yaradılarsa əgər, komandaya başqa cür kömək eləyəcəm" - argentinalı əlavə eləyib.

Zanetti Milan təmsilçisinə 1995-ci ildə keçib. Bundan əvvəlsə ölkəsində "Talyeres" (1992-93) və "Banfild"in (1993-95) uğurları üçün tər töküb. Keryerası boyunca 1000-dən artıq oyunda forma geyən "Traktor" ləqəbli futbolçu 855 oyunla "İnter"in, 145 oyunlaysa Argentina yığmasının rekordçusudu.

22 illik peşəkar karyerası ərzində "Əbədi Kapitan"ın klubla qazandığı titullar bunlardı: ÇL kuboku, UEFA kuboku, Klublararası DÇ-nin qalibi, A Seriyası çempionluğu (5 dəfə), İtaliya Kuboku (4), İtaliya Superkuboku (3) . Argentina yığmasıylasa "Kopa Amerika", FIFA Konfederasiyalar Kuboku (hərəsində 2 dəfə olmaqla) və Atlanta Olimpiya Oyunlarında (1996 - U 23-lə) gümüş, Panamerikan oyunlarındaysa qızıl medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam