Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dörd şəhid xəbərini Müdafiə Nazirliyi təkzib etdi - YENİLƏNİB

 

   "xeberinfo.com": Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində ötən gecə erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində bir neçə Azərbaycan əsgərinin qətlə yetildiyi barədə yayılan məlumatlara cavab gəlib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yayılan məlumatlar yalandır: “Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.  

Erməni silahlı bölmələri Tərtər rayonu istiqamətində atəşkəsi pozublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün gecə saatlarında Tərtər rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub. Atəşkəsin şiddətli xarekter daşımadığı bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Məlumata görə, atəşkəsin pozulması nəticəsində hərbçilərimiz arasında ölən və xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.


***

11.20

Ermənistan silahlı qüvvələrinin işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edirlər.

JAM.az saytı xəbər verir ki, dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar.

Düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb.

Şəhid hərbçilərimizin adları məlum olub:

Fərid Əliyev- 19 yaş
Cahangiz Muradov 19 yaş (manqa komandiri)
Ramazan Abdullayev 23 yaş (leytenant)
Qurban Həsənov 24 yaş (leytenant).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam