Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisini kim və nə üçün müdafiə edir?

 

Polkovnik Həbib Əliyev və onun rəhbərlik etdiyi qurum barəsində müvafiq ölçü götürülməlidir

Xeberinfo.com:  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kürdəmir rayon şöbəsində son zamanlar bir sıra xoşagəlməz olaylar, neqativ hallar cərəyan edir. Belə ki, adıçəkilən şöbənin rəisi polkovnik Həbib Əliyevin hərbi xidmətə yararlı gənclərin bir sıra yollarla ordu sıralarından yayındırılmasına və bu zaman maraqlarını tam şəkildə təmin etməyə çalışdığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, hətta SHXÇDX-nin rəisi Arzu Rəhimovun əmrlərinə belə, məhəl qoymadan istədiyi əməllərə imza atır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisinin şəxsi mənafeyi naminə gəncləri «neqodnıy» etməklə xeyli gəlir əldə etdiyini qeyd edən mənbənin sözlərinə görə, çağırışçılar, onların valideynləri Həbib Əliyevin işçilərinə «təşəkkür» etdikdən sonra həmin gənclər sağlam olmalarına baxmayaraq, xəstə adı ilə həqiqi hərbi xidmətdən yayınırlar: «Deyilənlərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində müşahidə olunan neqativ hallara daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinir. Şübhəsiz bu «proses» Həbib Əliyevin müvafiq razılığı və maraqlarının təmin olunması şərtilə həyata keçirilir. Yəni bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi bilet əldə etmək elə də çətin məsələ deyil. Belə ki, hərbi xidmətdən yayınmaq istəyən çağırışçı birbaşa rəisin qəbuluna düşməlidir və yalnız bundan sonra məsələ öz müsbət həllini tapa bilər». Bu arada, adıçəkilən şöbənin rəisi Həbib Əliyevin oktyabr ayında başlanacaq orduya növbəti çağırış prosesinə artıq indidən özünəməxsus hazırlıqlara start verdiyini bildirən məlumatlı şəxs iddia edir ki, bu hazırlıq çağırışdan möhlət almaq istəyən çağırışçıların, eyni zamanda hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir: «Nəzərinizə çatdıraq ki, Kürdəmir şəhəri, Bakı pr. ev 1 ünvanında yaşayan, 28.06.2016-cı il təvəllüdlü Mehdiyev Tural Şəmsi oğlu 20.06.2016-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah Emin həkim Tural Mehdiyevin ayaqlarında problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yarasız çağırışçı orduya yola salınıb. Bundan sonra Tural Mehdiyev Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra Tural Mehdiyevin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə onu müayinə edən həkimlər Tural Mehdiyevin "yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, Tural Əsgərov hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb. Lakin buna baxmayaraq, nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, nə də Hərbi Prokurorluq Həbib Əliyev, o cümlədən onun rəhbərlik etdiyi qurum barəsində müvafiq ölçü götürüb. Bu isə özlüyündə ciddi şübhələr yaradır? Görünür, kimlərsə hansısa səbəbdən Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisini əməlli-başlı müdafiə edir».

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam