Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Neft amilində İran və Səudiyyə qarşıdurması

neftSəudiyyə Ərəbistanı OPEC-in baş tutacaq qeyri-rəsmi görüşü öncəsi istehsal həcminin dondurulması ilə bağlı gözləntilərin azalmasına səbəb olub.
Xeberinfo.com:   Çərşənbə günü Əlcəzairdə danışan Səudiyyə Ərəbistanının enerji naziri Xalid al-Falih bildirib ki, toplantı müzakirə xarakteri daşıyır. OPEC-ə üzv dövlətlər çərşənbə günü Beynəlxalq Enerji Forumunda iştiraklarından əlavə olaraq qeyri-rəsmi formada aşağı neft qiymətlərinin yenidən artırılması imkanlarını müzakirə etmək üçün görüşəcəklər. Eyni zamanda, OPEC-ə üzv olmayan Rusiya ilə görüş də planlaşdırılır. Dünya enerji birjalarında 2014-ci ildən etibarən təklifin artması ilə neft qiymətləri yarı-yarı ucuzlaşıb. Qiymətlərin yenidən bahalaşdırılması məqsədilə isə Rusiya və Səudiyyə Ərəbistanı istehsal həcminin azaldılması ilə bağlı təklif irəli sürüblər.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı İranın da istehsal səviyyəsini azaltması fonunda razılaşacaq. Lakin İran günlük istehsal həcmini 3.6 milyon bareldən 41-4.2 milyon barelə kimi artırmağı planlaşdırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam