Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə Ərəbistanı: İran razılaşarsa, neft hasilatını azatmağa hazırıq

İran ölkəsinin sutkalıq neft hasilatını cari səviyyədə - 3,6 mln. bareldə saxlamağa (dondurmağa) razılıq verərsə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa razı olacaq. 

Xeberinfo.com:  "Reuters" xəbər verir ki, bu barədə təklif rəsmi Ər-Riyaddan gəlib. 

İran hələlik bu təklifə cavab verməyib. 

Səudiyyə Ərəbistanının neft hasilatı iyul ayında rekord hədd sayılan gündəlik 10,67 mln. barelə yüksəlib. Avqust ayında isə bu göstərici 10,63 mln.barel təşkil edib. 

Sentyabrın 26-28-də Əlcəairdə keçiriləcək Beynəlxalq energetika forumu zamanı OPEC-in qeyri-rəsmi sammitinin baş tutacağı, hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, OPEC-in bu ölkədə 2004 və 2008-ci illərdə keçirilmiş iclaslarında tərəflər hasilatı azaltmaq qərarına gələrək neftin qiymətinin artmasına nail olublar. 

Bu arada Səudiyyə Ərəbistanının təklifi ilə bağlı xəbər yayıldıqdan sonra dünya bazarında "Brent" markalı neftin hər barelinin qiyməti 47 dollardan 48 dollara yüksəlib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam