Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

80 saylı məktəbdə “Müəllim günü”nə hazırlıq

80 saylı məktəbdə “Müəllim günü”nə hazırlıq

 

Həmin gün Əlislam Abbasquliyevi təbrik etmək üçün şagirdlərdən 20 manatdan pul yığılır

Xeberinfo.com:   Bu gün şəhər və rayonlarımızın orta məktəblərində min bir səbəb və bəhanələrlə mütəmadi yığılan külli miqdarda vəsaitlərin sadəcə rüşvət pulları olduğunu hamımız bilirik. Lakin hamımız da bu rüşvəti verməyə davam edirik. Səbəb isə budur ki, bəzilərimiz etirazlarımızın hansısa müsbət nəticə verəcyinə əmin deyilik, digərlərimiz isə, övladlarımızın "gözüm-çıxdı”ya salınacağından ehtiyat edirik. Təəssüflə qeyd etmək lazımdır ki, məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Bu mühit isə, ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhf prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır. Bununla belə qəzetimizin səhifələrində biz dəfələrlə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərən orta məktəblərdə yer almış neqativ halların, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularının ifşasına yönəldilmiş tənqidi məqalələr dərc etmişik ki, bu yazıların da əksəriyyəti redaksiyamıza valıdeynlər tərəfindən təqdim olunan materiallar əsasında hazırlanmışdır. Əgər həmin valideynlər də təqdim olunan faktlar əsasında heç bir araşdırmanın aparılmadığını, rüşvətxor məmurların eynilə öz yaramaz əməllərinə davam etdiklərini görəcəklərsə, bu zaman vətəndaşlarda bir inamsızlıq hissinin yaranması labüddür. Redaksiyamıza artıq bir neçə müddətdir ki, daxil olan məlumatlarda isə, Bakının Sabunçu rayonunda yerləşən 80 saylı orta məktəbin direktoru Əlislam Abbasquliyevin fəaliyyətini əks etdirən bir sıra neqativ hallar barədə açıqlamalar təqdim olunmaqdadır. Hələ bu yaxınlarda aldığımız məlumatlarda bildirilirdi ki, yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbin rəhbərliyi adi, necə deyərlər ənənəvi pul yığımlarından başqa qazanc vasitələri də əldə etmişdir. Belə ki, mənbənin açıqlamasına görə, Əlislam Abbasquliyev məhz yeni dərs ili münasibətilə hər sinifdən 100 manat pul toplanması barədə göstəriş vermişdi. Ümumiyyətlə, aldığımız məlumatlarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 80 saylı məktəbdə rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir. Həmçinin bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Blə ki, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məsələn, yeni dərs ilində yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə isə, il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılacaq. Bundan başqa, müasir təhsilimizin əsas bəlalarından biri sayılan reprtitorluq fəaliyyətinin də 80 saylı məktəbdə geniş yer aldığı məlumatlarda öz əksini tapır. Məlumdur ki, repetitor məşğələləri şagirdi təhsilindən yayındırır. Bu isə, həmin şagird üçün təhsil aldığı məktəbdə müəyyən problemlər yaradır. Amma Əlislam müəllim bu problemin orijinal həlli üsulunu təklif edir. Belə ki, ətraf ərazilərdə repetitor məşğələlərinə getmək arzusunda olan şagirdlər 80 saylı məktəbə keçirilmək təklifi alırlar. Burada isə, artıq onlara dərslərə tam sərbəst davamiyyət, hətta ümumiyyətlə məktəbə gəlməmək imtiyazı verilir. Sadəcə olaraq, bu "sərbəstliyi” əldə etmək üçün həmin şagirdin valideynləri direktora 1 tədris ilinə görə min manat ödəməlidirlər. Və nəhayət, ən son aldığımız məlumata görə, 80 saylı orta məktəbdə artıq qarşıdan gələn "Müəllim günü” münasibətilə də pul yığımlarına da start verilib. Mənbənin deməyinə görə, 5 oktyabr – Beynəlxalq Müəllimlər günündə direktoru təbrik etmək məqsədilə şagirdlərə 20 manatdan gətirib təhvil vermələri tapşırılıb...( Gundelik-baku.com)

 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

 

 

<!--[endif]-->


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam