Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Əkbər Hacıyevin işçisindən şikayət: "rüşvət tələb edir" – AUDİO

 

Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynov əməkdaşı Elman Abışovdan 2500 manat rüşvət tələb edir

Xeberinfo.com:   O, qardaşı, hazırda «Azəriqaz» İstehsalat Birliyində məsul vəzifədə çalışan Tahir Hüseynova arxalanır Ucar rayonu, Lək kənd sakini, Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar xidmət sahəsi üzrə yerli telefon xəttinin telefonçusu Elman Məhəmməd oğlu Abışov tərəfindən Gundelik-Baku.com-un elektron ünvanına şikayət ərizəsi daxil olub. Qeyd edək ki, üzləşdiyi problemlə bağlı indiyədək bir sıra rəsmi qurumlara, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini vurğulayan Elman Abışov Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində fəaliyyət göstərən «Azəriqaz» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynovun onu qarşı açıq-aşkar qərəzli münasibət bəslədiyini bildirir. Beləliklə, «Yazıb sizə bildirirəm ki, mən 1989-cu ildən Ucar Rayon Qaz İstismar İdarəsində çalışıram. Yeddi ildir ki, bu peşədə işləyirəm. Əmək fəaliyyətim dövründə səhlənkarlığa yol verməmiş, işdən qalmamış, Əmək Məcəlləsinin tələblərinə zidd hərəkət etməmişəm. Lakin iki aydır ki, Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynov mənə qarşı açıq aşkar qərəzli münasibət bəsləyir» deyən şikayətçinin sözlərinə görə, Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynov heç bir səbəb olmadan onu hazırda çalışdığı işdən kənarlaşdırmaqla hədələyir: «Bununla bağlı əlimdə müvafiq səs yazısı mövcuddur. Həmin səs yazısını araşdırsanız görərsiniz ki, Elşən Hüseynov açıq-aşkar şəkildə məndən hazırda çalışdığım işdə qalmağım üçün 2500 (iki min beş yüz) AZN rüşvət tələb edir. Ona belə bir məbləği vermək imkanım olmadığını bildirdikdə, o buna rəğmən məni işdən çıxaracağını, yerimə isə başqasından 4000 (dörd min) USD (dollar) alıb işə götürəcəyini dedi. Bundan başqa, o heç bir halda mənə güzəştə getməyəcəyini, hətta «Azəriqaz»ın rəhbəri Əkbər Hacıyevin və ölkə başçısı, cənab İlham Əliyevin belə, ona təsir etmək gücündə olmadığını bildirdi. Elşən Hüseynov vaxtaşırı qeyd edirdi ki, onun yuxarı vəzifələrdə, məsələn: Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində səlahiyyətli vəzifədə çalışan yaxınları, qohumları var. O, həmçinin qeyd edirdi ki, «Azəriqaz» rəhbərliyində də çalışan şəxslərdən onunla yaxın və qohumluq əlaqəsi olan şəxslər var. Elşən Hüseynov həmin şəxslərə arxalanaraq mənə açıq aşkar şəkildə hədə qorxu gəlir, 2500 (iki min beş yüz) AZN pulu verməyəcəyim təqdirdə işdən azad edəcəyi ilə təhdid edir. Nəzərinizə atdırım ki, bununla bağlı Prezident Administrasiyasına, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Aparatının rəhbəri xanım Elmira Süleymanovaya, Milli Məclisinin üzvü, millət vəkili xanım Jalə Əliyevaya ünvanladığım şikayət ərizəsi və həmin şikayət ərizəsinə əlavə etdiyim faktlar – Elşən Hüseynovla aramızda olan danışığın audio yazısı – araşdırılması üçün Dövlət Neft Şirkətinə göndərilib. Dövlət Neft Şirkəti isə öz növbəsində, həmin ərizəni baxılması üçün «Azəriqaz» İstehsalat Birliyinə göndərib. 05.04.2016-cı il tarixdə «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin imzası ilə mənə ünvanlanmış cavab məktubunda şikayət ərizəmdə qeyd etdiyim məqamların sübuta yetirilə bilinmədiyi və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi vurğulanıb. Halbuki Ombudsman Aparatından 12.04.2016-cı il tarixdə «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə ünvanlanan məktubda şikayətimdə qeyd olunan halların yoxlanılması, müvafiq tədbirlərin görülməsi və bu barədə Ombudsman Aparatına məlumat verilməsi tövsiyyə olunub. Bütün bunlara baxmayaraq, «Azəriqaz» rəhbərliyi məsələni geniş və obyektiv şəkildə araşdırmaqda maraqlı görünmür. Çünki Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin rəisi Elşən Hüseynovun qardaşı Tahir Hüseynov hal-hazırda «Azəriqaz» İstehsalat Birliyində məsul vəzifədə çalışır. Belə güman edirəm ki, onun qardaşıyla bağlı ünvanladığım şikayət ərizəsi Tahir Hüseynovun müdaxiləsi nəticəsində yerində araşdırılmır. Ümid edirəm ki, nəhayət, müvafiq qurumlar üzləşdiyim problemin həllində mənə yardımcı olacaqlar». Sonda nəzərinizə çatdıraq ki, Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar xidmət sahəsi üzrə yerli telefon xəttinin telefonçusu Elman Abışovla sözügedən xidmətin rəisi Elşən Hüseynovla arasında olan danışığın audio yazısını sizlərə təqdim edirik. Həmin audio yazıya qulaq asdıqda hər şey gün kimi aydın olur.

 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam