Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR

Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR

 

 

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda keçirilmiş pambıqçılığın inkişafına dair respublika müşavirəsinə həsr olunan Şura iclası keçirilib.

 

Xeberinfo.com:   Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirdi ki, 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı qurumlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi. İcra Başçısı qeyd etdi ki, pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Kürdəmir rayonu sovet dönəmində Respublikanın böyük pambıqçılıq rayonlarından biri olub. Həmin dövrlərdə pambıqçılığa Kürdəmir rayonunda da xüsusi diqqət ayrılmışdır. Ümummilli Liderimiz bir neçə dəfə Kürdəmir rayonunda olmuş, Bakı Fəhləsi və Ruhulla Axundov adına kolxozlarda pambıqçılarla görüşlər keçirmiş, onların iş şəraitləri ilə yaxından tanış olmuş, pambığın məhsuldarlığı ilə maraqlanmış, pambıqçılarla görüşərək söhbət etmiş və Kürdəmir Mədəniyyət Evində pambıqçılığın inkişafına həsr edilmiş müşavirə keçirmişdir. Onu da qeyd edim ki, pambıqçılıq ənənəsinə sadiq olan kürdəmirlilər 1979-cu ildə Dövləttapşırığını əməl edərək Respublikada birinci plan vermiş və pambıq tarlalarından 18 min ton məhsul əldə etmişdir. Növbəti illərdə isə pambıq istehsalı 25 min tona çatdırmışlar. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi və qeyd etdi ki, pambığa “Ağ qızıl” deyirlər. Cənab Prezident bildirdi ki,

bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton pambıq yığılmışdır. Əgər o illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib.Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Bu il pambıqçılığın inkişafına böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülmüş, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikası alınıb ölkəyə gətirilmiş və gətirilməkdədir. Ölkə prezidenti müşavirədə 2016-cı ilin pambıqçılığın inkişafı üçün həlledici il olacağını, pambıqçılığın Azərbaycanda sürətlə inkişaf edəcəyini, geniş vüsətalacağını, həm insanlara, həm dövlətə böyük xeyri olacağını bildirdi.Ceyhun Cəfərov vurğuladı ki, bu ilin mart-aprel aylarında pambıq əkiləcək yerlər və pambıq əkəcək icarəçilər müəyyənləşdirilmiş, icarəçilərin emal zavodları ilə, əsasən MKT İstehsal Birliyi MMC-nin Saatlı rayon və Ucar rayon filialları ilə müqavilələr bağlanması təmin edilmişdir.Zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri də aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir. Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon üzrə 3 min tondan çox məhsul istehsalı gözlənilir.Onu da qeyd edim ki, sahələrdə əl ilə pambıq yığımı işlərinə başlanılmış, 114 tonadək pambıq toplanmış və zavoda 91 ton məhsul təhvil verilmişdir. 1200 hektar sahədə maşınla yığıma hazırlıq işləri aparılır. Mülkiyyətçilər tərəfindən məhsulun itkisiz götürülməsi istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir.Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələri 2 dəfə artırılaraq növbəti ildə 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılmış və pambıq əkiləcək yerlər indidən seçilmiş, pambıq əkəcək şəxslər müəyyən olunmuşdur. Təcrübə göstərir ki, yüksək məhsul götürmək üçün pambıq əkiləsi sahələrin şumu faraş və keyfiyyətli aparılmalı, qış aratına üstünlük verilməli, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanmalı, aprel ayında növbəti

ilin məhsulu üçün əkin aparılmalıdır. Bütün bunlar nəzərə alınaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə şirkətlərlə birlikdə pambıq əkini üçün müqavilələrin bağlanmasına və şum işlərinin aparılmasına başlanılmalıdır.

Yığıncaqda rayon kənd təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Valeh Qaraşov , fermerlər Ələmdar Şıralıyev, Əliyar Abdullayev, Ağaisa Kərimov və başqalarının çıxışlarında Kürdəmirdə pambıqçılığın inkişafı üçün potensial imkanların heç də az olmadığı bildirilib.

Tədbirdə Əlaçı pambıqçı, “Qırmızı Əmək Bayrağı” və “Lenin ordenli Sevil Osmanovanın çıxışı alqışlarla dinlənilib. Sevil Osmanova 1970-1980-ci illərdə Komsomolçu gənclər briqadasının başçısı, sürücü mexanik və sair vəzifələrdə çalışmışdır. Pambıq yığımında fərqləndiyinə görə Ulu Öndər tərəfindən “Qırmızı Əmək Bayrağı” və “Lenin ordenləri ilə təltif edilmiş, Əlaçı pambıqçı mükafatına layiq görülmüşdür. Pambıqçılıq sahəsində göstərdiyi uğurlara görə Ulu Öndərimiz tərəfindən “QAZ 24” markalı avtomobillə mükafatlandırılmışdır. 2011-ci ildə Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR
Kürdəmirdə pambıqçılığın inkişafına həsr olunan Şura iclası keçirildi - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam