Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"AZPROMO" - biznesinizin mayakı...


        Xeberinfo.com:  Son illər ölkə prezidentinin diqqəti və qayğısı sayəsində ölkəmizdə ixracyönlü məhsulların çeşidi durmadan artmaqdadır. İndiki zamanda belə ölkədə ixrac potensialı olan onlarla məhsul var, lakin onların ixracı bir sıra obyektiv və subyektiv səbəblərə görə ləng gedir.Düzdür, bu məhsulların çeşidi qədərincə çox və iri həcmlərdə olmaya bilər, lakin fakt budur ki, mövcuddur,ümdə məsələ isə onların araşdırılıb üzə çıxarılması, sistemləşdirilməsi,ixrac bazarlarının təyin edilməsi, onların xaricdə təşviqi, " Made in Azrbaijan" markası ilə ixracıdır. Uzun illər xarici ticarət sahəsində istər ölkədə, istərsə də onun hüdudlarından kənarda çalışmış şəxs kimi gəldiyim qənaət budur ki, daxili bazarda uğurlu satılan məhsulun ixracı göründüyü qədər də asan deyil, çünki ixrac ehtimalı olan hər bir ölkə bazarının yalnız özünəməxsus xüsusiyyətləri vardır. Bura ixrac ölkəsinin ticari, siyasi sabitlik durumları, potensial istehlakçının alıcılıq qabiliyyəti, həyat səviyyəsi, hətta mədəni-dini baxışları, adət-ənənələri, bir sıra digər faktorlar daxildir.Müasir ticari fəlsəfə satış bacarığıdır, əks halda ən yüksək keyfiyyətli məhsul belə anbar yükü olaraq qalacaq...
     Bu mənada ölkədə bu məsələləri yönəldə biləcək, ixrac əməliyyatlarını uğurla həyata keçirmək üçün sahibkara əməli kömək edə biləcək, peşəkarların çalışdığı bir qurum var - " AZPROMO ": 2003-cü ildə İqtisadiyyat Nazirliyinin təsis etdiyi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu...Bu qurum 13 ildir ki, məhsullarımızın dünya bazarında təşviqi və ölkəyə xarici investisiyaların cəlb edilməsi sahəsində böyük işlər görür. Fondun tərkibində İxracın Təşviqi departamenti fəaliyyət göstərir və onun əsas iş prinsipi və məqsədi Azərbaycanın mövcud və potensial ixracatçılarına dünya bazarlarına çıxmaq sahəsində yardım göstərmək, qeyri-neft sektorunda istehsal olunan məhsullarımızın xarici ölkələrdə təşviqidir. Departamentin ixrac əməliyyatları zamanı göstərdiyi xidmətlər çoxşahəlidir, bura Xarici ticarət, serifikatlaşdırma və standartlar haqqında məlumatlar, hüquqi məsləhətlər, xarici ticarət zamani idarəetmədə dəstək, marketinq dəstəyi və xüsusi təlimlər dəstəyi daxildir. Mənə elə gəlir ki, sahibkarlarımız, xüsusi ilə kiçik və orta həcmli müəssisələri olan iş adamları bu qurumun işindən qədərincə faydalana bilərlər.
       

Hüseyn Hüseynov,
         

İqtisadi ekspert.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam